Menu

Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək -Püşkatma keçirilib + FOTOLAR

16.04.2024, 18:07
Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək -Püşkatma keçirilib + FOTOLAR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bugünkü püşkatma 156 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq onlardan 59 ailəyə ikiotaqlı, 80 ailəyə üçotaqlı, 17 ailəyə isə dördotaqlı mənzil təqdim olunacaq.

Qeyd olunub ki, Füzuli şəhərindəki yeni yaşayış yerlərinə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür.

Püşkatmada iştirak edən ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.

Şərhlər

dadaşyev 2024-04-17 00:28:22

"Müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr" də varıymış?Vallah mən bu günəcən imkansız,şəraitsiz,evsiz-eşiksiz qaçqına-köçkünə rast gəlməmişəm.Hamısının maşaallah pulunu pul kəsməz,yağlı vəzifələri,bahalı maşınları,aybaay bankomatdan azı on kartla çəkdikləri min manatlar.Əyri-üyrü,damından su daman rütubətli otaqlar hökümət komissiyalarına göstərib nələrsə tələb etmək işinə lazım olub həmişə.Komissiya akt bağlayıb getdimi,yenə çıxıb gediblər gözəl-göyçək evlərinə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol