Menu

"Rəsmi Pekin Tayvandakı separatizmə heç vaxt barışmayacaq" - Çinin müdafiə naziri

17.04.2024, 08:09
"Rəsmi Pekin Tayvandakı separatizmə heç vaxt barışmayacaq" - Çinin müdafiə naziri

Çin Tayvanda separatçı fəaliyyətlərlə və buna xaricdən göz yumulması ilə heç vaxt barışmayacaq.

APA xəbər verir ki, bu barədə Çinin müdafiə naziri Dun Tsun Pentaqonun rəhbəri Lloyd Ostin ilə video danışıq zamanı bildirib.

Çinli nazirin sözlərinə görə, Tayvan məsələsi Pekinin maraqlarının əsasını təşkil edir və “Çinin əsas maraqları pozulmamalıdır”.

Çin Müdafiə Nazirliyi onu da bəyan edib ki, ABŞ Cənubi Çin dənizində Pekinin hüquq və maraqlarına hörmət etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol