Menu

Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi

17.04.2024, 14:03
Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi

Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun mövqelərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kvadrokopter bölmələrin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol