"Kantın Allah haqda fikirləri məni dəyişdi, çox zikr ziyandır, Qədr gecəsi..." - Fazil Mustafa

Teleqraf.com-un “Kitabxana” rubrikasının növbəti qonağı Böyük Quruluş Partiyasının rəhbəri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafadır.

Onunla söhbəti təqdim edirik.

- Fazil müəllim, böyük bir salonu əhatə edən bu kitabxananı nə vaxt qurmusunuz?

- Kitabxana 6 ilə yaxındır, necə deyərlər, fəaliyyətdədir. Şəhərdə bina evində yaşayanda bir müddətdən sonra daha kitablarım ora sığmadı. Fikirləşdim ki, mütləq həyət evinə köçməli, evi də kitabxana modelində inşa etdirməliyəm. Yəni iki mərtəbəli evin hələ tikintisinə başlayarkən mansardanın şəxsi kitabxana üçün ayırılacağı nəzərdə tutulurdu. Beləcə, mansardanı kitabxana modelində qurduq.

- Ürəyinizcə oldumu?

- İlk düşündüyümdən fərqli oldu, onu deyə bilərəm... Dizayn ustalarına öz təxəyyülümdəkiləri dedim, onların da fikirləri əsasında kitabxananı formalaşdırdıq. Gedişatda praktik dəyişiklik oldu. Bütün istiqamətlərdə bölgü aparmağa çalışdım. Bölgü biri-birinə uyğun, eyni kateqoriyadan olan kitabların düzümü əsasında aparıldı.

Toya çağıranda kimin kiminlə oturmaq istədiyini soruşursan, çünki bir-biriləri ilə söhbəti tutmayanda həngamə başlayır. Kitablar da elədir, onları da gərək öz "tay-tuşu"nun yanına, yəni əxlaqına, davranışına uyğun müəllifin cərgəsinə qoyasan. Elə müəlliflər var, bir-biri ilə yola getmir...

Mən hesab edirəm ki, evin mədəni mühiti kitabxana ilə bağlıdır. Mən dincəlmək istəyəndə bura gəlirəm, ən yaxşı istirahət məkanımdır. Burda saatlarla vaxt keçirməkdən gözəl heç nə yoxdur.

Ayda bir dəfə kitabları töküb, təmizləyirəm. Qolumda problem olduğuna görə indi bu işi özüm görə bilmirəm, amma qardaşımın nəvələrini bu işə cəlb etmişəm. Bu, həm də onları kitaba həvəsləndirmək məqsədi daşıyır. Uşaqlar kitabları tökürlər, mən də cildləri hara qoymaqla bağlı göstəriş verirəm. Onlar həm mənə kömək etməkdən, həm də kitabla təmasdan zövq alırlar.

“Bizim bukinistlərimiz zirzəmilərdədir”

- Kitablarınızın sayını bilirsinizmi?

- Açığı, bu sualı cavablandırmağı doğru saymıram. Sayla heyrət doğurmaq asandır, yeri gəlmişkən, mənim bağda da kitabxanam var. Mənim üçün aktual olmayan bir çox kitabları ora yerləşdirmişəm. Nə vaxtsa oxuduqlarım, amma indi aktuallığını itirən kitablardır. Hər halda mənim üçün...

Digər tərəfdən, kitabxana hər kitabın qoyulacağı yer deyil. Kitabxanada faydalana biləcək kitablar olmalıdır. O baxımdan mən saya köklənməmişəm. Təxmini desəm, 20 mindən çoxdur. Burada rus, türk, Azərbaycan dillərindən həm köhnə, həm də müasir nəşrlər var. Məsələn, 17-ci əsrin Quranından, Quran təfsirlərindən tutmuş 19-cu əsrin əksər ensiklopediyaları məndə var. Ola bilər, aralarında hansısa nüsxələri olmasın. Brokhauz və Efronun ensiklopediyasının bir cildinin olmamasının narahatlığını keçirirəm. 82 cildi var, biri çatmır. Yaxud Böyük Sovet Ensiklopediyanın həm Buxarin, həm də 30, 40, 70-ci illər və Yeni Rusiya Ensiklopediyaları... Nəşr variantları müqayisə üçün çox önəmlidir. Qranat qardaşlarının ensiklopediyasının 70 faizi məndə var. 30 faizinin olmaması məni narahat edir. Bütün bukinistlərə xəbər salmışam. Qədim əlyazmalar silsiləsini Şərqşünaslıq İnstitutu buraxıb, onun cildlərini Özbəkistanda tapdım.

Deyim ki, Özbəkistanda kitaba münasibət bizdən fərqlidir. Orda bukinist parkın içində və çox rahat bir yerdədir. Bizim cəmi iki bukinistimiz var, ikisi də zirzəmidə yerləşir. Və onların da alıcısı çox deyil. Əslində bizdə kitab mahiyyətcə zirzəmidədir. Kitabı zirzəmidən birinci mərtəbəyə belə qaldırmamışıq.

Kitabı zirzəmidə saxlayan toplumdan elm, texnika, tərəqqi gözləmək də çətin məsələdir. Bu, simvolikadır.

"Kitab olmasa siz kimsiniz, mən kiməm?"

- Fazil müəllim, siz isə kitabları lap yuxarı, evinizin üçüncü mərtəbəsinə - mansardaya qaldırmısınız...

- Əlbəttə, kitab zirzəmidə ola bilməz, ona dəyər vermək lazımdır. Kitab bizi insan edən tək vasitədir. Kitab olmasa siz kimsiniz, mən kiməm? Oxuduqlarımızla biz başqasından fərqlənirik. Hansısa çevrədə öz şəxsiyyətimizi öz sözümüzlə ifadə eləyə bilirik.

Ona görə də toplum olaraq kitab və müəllim anlayışlarına baxışlarımız yabani baxışdır, bu, fərdləri böyük insan olma hədəfindən xeyli yayındırır. Bunun üzərində daha çox düşünməli və kitabı başımızın üzərinə qaldırmalıyıq. Kitabı evin üzərinə qaldırmağı, bəlkə də düşünərək etməmişəm. İndi siz dediniz, mənə də məntiqli gəldi.

- Bu kitabların hamısını oxumusunuz?

- Kitabxananda saxladığın kitabların hamısını oxumaq vərdişi də yanlışdır. Kitabxanada olan bütün kitablar oxunmaz ki... Ensiklopediyanın hamısını niyə oxumalıyam? Ensiklopediya hansısa mövzunu işləyəndə lazım olur. Burda tibbə dair kitab var, amma mən tibb mütəxəssisi deyiləm.

Kitabxananı yalnız özün üçün də düşünüb qurmursan. Bura fərqli ixtisas sahiblərinin faydalana biləcəyi məkandır. Sizə deyim ki, bu kitabxanaya məktəblilər də gəlir. Onlar üçün də faydalıdır.

Kitaba marağı olmayan adamlar burda olandan sonra öz evlərinin boş qalmış salonunda kitabxana yaratmaq qərarına gəlirlər. Amma kitabxana qurmaq təkcə yaraşıq üçün deyil, bilirsiniz də, bizdə çox vaxt oruc-namaz, bulvarda gəzmək, kitab, roman yazmaq, müxtəlif estetik əməliyyatlar etdirmək də dəbə, modaya çevrilir. Kitabı modaya çevirmək təhlükəlidir. Buna yol vermək olmaz. Özünün hobbin, zövqün və istəyin varsa, bunu yaratmağın yaxşıdır. Çünki burda sən həm də vaxt keçirməlisən, mütaliə eləməlisən, araşdırma aparmalısan. Kitabxanaya o kateqoriyadan olan kitabları yığırsan ki, onlar sənin maraq dairəndədir. Kitab bölgüləri də belə yaranır.

Mən bütün səyahət kitablarını toplayıram. Məndə aforizmlər, latın və yunan hikmət sistemi, Bizans və yunan mədəniyyətinə dair, dünya tarixini əks etdirən, sənət ensiklopediyaları var. Rəsm kataloqlarını da alıram. Bu kitabxanada İbn Sinanın Daşkənd, Türkiyə, Düşənbə, Moskva nəşrləri var.

"Təəccüblənirlər ki, dünən belə deyirdin, indi belə deyirsən..."

- Stolüstü kitabınız və ya kitablarınız varmı?

- Xüsusi stolüstü kitabım yoxdur. Oxuduğum kitab var, o da sonda gedib kitabxanada yerini tapır. Artıq vərdişə çevirmişəm, hər gün minimum yarım saat mütaliə etmədən evdən çıxmıram. İndiki dövrdə roman və bədii ədəbiyyat çox oxumuram. Daha çox fəlsəfə, sosiologiya yönümlü kitablar diqqətimi çəkir.

Stolüstü kitab deyəndə... Bertran Rasselin “Qərb fəlsəfəsi tarixi”, Karl Yaspersin “Tarixin mənası və təyinatı” sevdiyim əsərlərdəndir. Elias Kanettini oxuyuram. Onun “Kütlə və hakimiyyət”i çox gözəldir.

Memuarları çox oxuyuram, əksəriyyəti də məndə var. Əhməd bəy Ağaoğlunun memuarlarını yeni bitirdim.

Simpatiyam olan müəlliflərdən Ayn Randın adını çəkə bilərəm. İqtisadçı, obyektivizm fəlsəfəsinin banisi olan Randın iqtisadi həyatı əks etdirən, düşündürən və yeni həyata baxış təlqin edən əsərləri var.

Kitabların özəlliyi odur ki, insanı yeniləyir, baxışlarını dəyişir. Bir sıra əsərlər var ki, onu oxuyandan sonra əvvəlki düşündüyüm sabit, sementləşmiş dəyərlərin çoxu dəyişdi. Cəmiyyətdə də bunun təzyiqi ilə qarşılaşıram. Təəccüblənirlər, deyirlər, dünən belə deyirdin, indi isə belə deyirsən...

- Kitabxananızda neçə dildə kitab var, özünüz neçə dildə oxuyursunuz? Bəs oxu sürətiniz necədi, məsələn, həftədə neçə kitab oxuya bilərsiniz?

- Sonuncudan başlayım, neçə kitab yox, neçə səhifədən başlayım. Çünki kitabı oxumaq bir ay da çəkə bilir, elə kitab var, fasilə verirəm, bəzən də dörd-beş kitabı paralel oxuyuram. Ən maraqlısı budur ki, kitablarda qeydlərimi karandaşla yazıram, sonra köməkçilərim onları kompüterə köçürürlər, sonra mən onları yenidən orda oxuyuram və beləcə yaddaşıma həkk edirəm.

Bədii əsəri oxuyanda ümumi süjet yadda qalır, amma elmi əsərlərdə vahid süjet olmur, oradakı fikirləri bir yerə toplamaq zəruridir.

Gündə 150-200 səhifə oxumağa çalışıram. Mən axşam oxuya bilmirəm, cari yazıları, işlərimi görürəm, amma əgər səhər 11-də evdən çıxmalıyamsa mütləq 7-də durub 8-ə qədər kitab oxuyuram.

Kitabxanamda əsasən üç dildə kitab var: rus, Türkiyə və Azərbaycan türkcələri. Bu üç dildə rahat oxuya bilirəm. Azərbaycan türkcəsi nisbətən azdır və daha çox bədii ədəbiyyat formasındadır. Amma elmi ədəbiyyat daha çox xarici dildədir. Hər dəfə Türkiyəyə gedəndə iki çamadan kitabla qayıdıram. Artıq bunu gömrükdə də bilirlər, öyrəşiblər...

Kitabxanada ingilis və pərakəndə şəkildə başqa dillərdə də kitablar var.

- Elektron formatda mətn oxuyursunuzmu?

- Elektron yalnız informasiya oxuya bilərəm. Kitabın elektron versiyada oxunması məcburi olmadıqca bunu o qədər də faydalı hesab etmirəm. Kitabı səhifədən udmalısan, çevirə- çevirə... Bu, bir az insanın televiziyaya münasibəti kimidir. Əvvəllər televiziya insanı tənbəlləşdirmirdi, hansı kanala baxmaq istəyirdinsə, yanına gedib çevirirdin, amma indi pult əlində istəyin yerə çevirirsən və bu, tənbəllik yaradır. Elektron versiyada kitab da bu mənaya gəlir.

"Dostum bağışlayıb, qiyməti 5-6 min manat olar"

- Ən bahalı kitabınız hansıdır?

- Bahalı kitablarım çoxdur. Ensiklopediyalar bahalıdır, bəzilərini yaxşı dostlarımdan biri hədiyyə edib. Bir çox dostlarım buranı görəndən sonra həvəslənib əllərinə kitab düşən kimi kitabxanam üçün alırlar. Brokhauz və Efronun ensiklopediyasını dostlarım mənə bağışlayıb. Qiyməti 5-6 min manat olar.

Zəng vurub deyiblər ki, Gəncədə bir yerdə kitab xəzinəsi var, sabah bütün işlərimi təxirə salıb, maşına oturub Gəncəyə getmişəm və soyuq bir yerdə - zavodun kitabxanasından kitab seçib gətirmişəm. Bakıda Ələtdən Pirallahıya qədər elə bir kitabxana yoxdur ki, ora baş çəkməyim.

Elə olub, üç-dörd saat fondlarla maraqlanıb, kitabların qeydini aparıb başqa yerlərdən əldə etməyə çalışmışam. Bəzən hansı kitabların nə vaxt nəşr olunduğunu bilmirsən, onu kitabxanalardan öyrənmək olur. Sonra bukinistlərə müraciət edib onlardan alıram.

- Kitabxanadan kənara atdığınız, çıxardığınız kitablar olub?

- Kitab atmıram, hədiyyə verirəm. Özümdə olan kitabxanadan bir neçə dostuma kitabxana yığmışam. Kitabdan iki nüxsə olanda dostlarıma verirəm. Bir dostuma 300-400 kitab vermişəm, sonra həvəslənib artırıb, indi artıq 2 min kitabı var.

Kitabı atmaq yaxşı hal deyil. Kiməsə faydalı ola bilər. Ona görə burdan çıxartdığım kitabları bağdakı kitabxanamda saxlayıram.

Məsələn, sevdiyim müəlliflərdən olan Bernard Şounun altı cildi məndə var. Onu həvəslə oxuyuram, zövq alıram. Kitabın ikinci nüsxəsini bağda saxlayıram.

- Prezidentin fərmanı ilə tərcümə olunan kitablarınız varmı?

- Əksəriyyəti məndə var. Orda səviyyəli kitablar çoxdur. Xeyli hissəsini oxumuşam. Jan-Pol Sartrın “Sahibin uşaqlığı” povestini, “İblis və Allah”, “Bağlı qapı arxasında” pyeslərini, Vladimir Nabokovu, Somerset Moemi, Maksvell Kutzeeni, Bernard Şounu oxudum.

Şounun avtobioqrafik əsərləri var, musiqi haqda möhtəşəm bir əsərini də qeyd etmək istərdim. Bəzən kitab seçimini müəllifə görə edirsən. Müəllif özü intellektualdırsa hər əsərindən yararlanmağa çalışırsan. Bu mənada Rasselin bütün kitablarını oxumuşam, çox böyük filosofdur.

Fəlsəfə tarixi ilə bağlı Umberto Ekonun redaktorluğunda 6 cild nəşr olunub, çox maraqlıdır.

Onu da deyim ki, kitab və kitabxana haqqında yazılmış bütün kitabları toplayıram. Zövqlə də oxuyuram. Bəlkə də peşəkar qısqanclıqdan irəli gəlir (gülür). Maraqlıdır ki, kim kitabxanasını necə qurub? Məsələn, Manuel Roxasın kitabxana ilə bağlı əsərləri var, almışam. Bir müəllif Borxesin yanında ona kitabları oxuyub. Əlbəttə, həmin insanın həyatı sənin üçün maraqlı olmalıdır. Borxes kimi nəhəngə kitab oxuyan biri... Təsəvvür edin.

Sevdiyim kitablardan biri İohan Peter Ekkermanın Höte haqqında yazdığı bioqrafik əsəridir. Nəhəng bir əsərdir, bizdə də tərcümə olunmayıb.

Son kitablarımdan birində sevdiyim müəlliflərin düşüncələrini təhlil etmişəm. Hötenin “Faust”una bir ayımı həsr etdim. Həm Vaynberqin, həm Əlibəy Hüseynzadənin, həm Sokolovskinin, həm Əhməd Cəmilin, həm də Pasternakın tərcümələrinə baxdım.

- Bizim tərcümə necədir?

- Zəifdir. Əhməd Cəmil istedadlı şairidir. Amma o Yunan- Roma mifologiyasını bilmir. Onu bilmədən “Faust”u doğru tərcümə etmək olmaz. Pasternak da gözəl tərcümə edib. Amma “Faust”u ruscaya ən yaxşı və doğru Vaynberq tərcümə edib, 1903-cü ilin tərcüməsidir.

- Vaynberqin tərcüməsi nə ilə fərqlənir?

- O, sətri tərcüməyə üstünlük verib. Mən ümumiyyətlə, bu cür əsərlərin sətri tərcümə olunmasının tərəfdarıyam. Nizami Gəncəvinin əsərlərini bizim dildə oxuyanda ətim ürpəşir. Nizamini bizim şairlər çox bərbad tərcümə ediblər.

Son günlərdə çox dəyərli bir kitab oxudum. Əhməd Arslan türk filosofudur, Bakıya da gəlmişdi. Onun “Bir ömür düşünmək” əsəri gözəl əsərdir. İntellektual söhbətdir. Bizdə bu janr yoxdur. O kitabda elə düşüncələrə rast gəlirsən ki, heyrətlənməyə bilmirsən. İnsanın baxışlarını dəyişə biləcək gücə malikdir.

Məsələn, Ekkerman 10 il Hötenin yanında qalıb və onun bütün söhbətlərini yazıb. Hətta onun ölüm səhnəsini də, özü də çox möhtəşəm təsvir edib. Höte çiynində adyal ölümünün yaxınlaşdığı vaxtda əlini göyə qaldırır, səmada nəsə yazır və həmin anda nəfəsi kəsilir. Bu səhnə Hötenin ölüm anında belə yazdığını göstərir...

Bir məsələni də deyim ki, bu kitabxananın qurulmasında mənə millət vəkili Etibar Əliyev çox kömək edib. Onun kitab bilgisindən çox faydalanmışam. Haqqında bilmədiyim hansısa müəllif haqda ondan dolğun məlumat ala bilirəm. Azərbaycanda kitabı hiss etmək qabiliyyəti çox az adamda var. Onlardan biri də Etibar Əliyevdir. Həm də ensiklopedik kitab bilicisidir.

Orxan Pamukun romanları bizdə çox populyardır. Düzü, mən onun romanlarının hamısını oxumamışam. Amma Harvard mühazirələrindən ibarət “Saf və düşüncəli romançı” kitabından böyük zövq aldım. Bu adam dünya və rus ədəbiyyatını necə gözəl bilir!

Biz çox gec oxumağa başlamışıq. Dünya ədəbiyyatına, dünya nəşrlərinə çıxışımız gec başlayıb. Bizdən əvvəlki nəsillər bizə tövsiyə etməyiblər, düzgün istiqamətləndirməyiblər – birincisi, ingilis dili öyrənmək baxımından, ikincisi, hansı kitablara yönəlmək istiqamətində... Qarşılaşdığımız tək-tük adamlar nəsə götürmüşük.

Naxçıvandakı Pionerlər Sarayında təşkil olunmuş ədəbiyyat dərnəyində mərhum müəllimimiz Asif Kələntərlinin bizə verdiyi ən böyük töhfə Rəsul Rzanı oxumağa yönəltmək oldu. Rəsul Rza ədəbiyyat standarlarına baxışımda çox böyük dəyişiklik etdi.

Bizdən əvvəlki nəsilin itirdiyi vaxta ürəkağrısı ilə baxıram. Onların faciəsi elektron informasiya bolluğunun içərisində konkret nəyin daha faydalı olduğunu seçməkdə çətinlik çəkmələridir.

“Çıxılmaz vəziyyətdə Jül Vern köməyimə gəldi”

- Fazil bəy, hər bir insanın kitab başlanğıcı var. Siz hansı kitabla başlamısınız?

- Kitab aləminə ilkin dövr üçün hamı kimi mən də Azərbaycan ədəbiyyatı ilə başlamışam. Fikrimcə, ədəbiyyatımızın ən şedevr əsəri Süleyman Sani Axundovun “Qaraca qız” əsəridir. Onu dönə-dönə oxumuşam. Biz onu tirajlayıb dünyaya çıxara bilmədik. Filmi də gözəldir.

Sonra Çəmənzəminlinin “Qan içində”, “Studentlər”lərini qeyd edə bilərəm, “Ovod” mənə təsir edən əsərlərdən biridir.

“Robinzon Kruzo” bu günə qədər sevdiyim əsərlərdəndir. Fantaziya formalaşdırmaq, inkişaf etdirmək baxımından unikaldır.

Tikintidə fəhlə işləyəndə bir dülgərimiz var idi, hər gün boş olanda Jül Verni oxuyurdu. Ondan sonra həvəslə Jül Vernin bütün əsərlərini oxudum və zövq aldım. Onun qəhrəmanları mənim həyatımda çox şeyləri dəyişdi. Çıxılmaz vəziyyətdə Jül Vern köməyimə gəlirdi.

Müəyyən dövrdə şeir yazdığıma və iddialı şeir mühitində olduğuma görə fikirləşirdim ki, şeirləri mütləq oxumalıyam. Azərbaycan ədəbiyyatında elə bir şair yoxdur ki, onun şeirlərinin əksəriyyətini oxumayım. Adil Babayev, İslam Səfərlidən tutmuş Səməd Vurğuna qədər... Rəsul Rza, Əli Kərim, Səməd Qaraçöp, Vaqif Cəbrayılzadə, Ramiz Rövşən - bunlar bizim dövrümüzün qidalandırıcı şairləri idi. Əkrəm Əylislinin əsərləri çox dəyərlidir: “Adamlar və ağaclar”, “Bu kənddən bir qatar keçdi”, “Ürək yaman şeydir” - bunlar hamısı insan həyatında çalxalanma yaradan əsərlərdir.

Anarın bütün əsərlərini, Elçini, İsa Hüseynovu büsbütün oxumuşam, rus ədəbiyyatı ilə orta məktəbdən tanış oldum. Bəlli bir dövrdən sonra “Azərbaycan” jurnalının təsiri ilə Markes, Folkner, Coys, Kafka, Remarkı oxumağa yönəldim. Albert Kamünun “Yad” əsərini iki dəfə oxumuşam.

Bir ara İslam dinini daha dərindən öyrənmək üçün dini ədəbiyyatları da çox oxuyurdum. Bununla bağlı kitabxanamda ayrıca bölüm də var. İndi isə uzun süjetli əsərlərdən daha çox fəlsəfi əsərlərə çox istiqamətlənmişəm.

"Bir dindar mənə yazır ki, siz niyə ateisti paylaşırsınız?"

- Dediniz ki, sizi kitablar dəyişir. İndi fikir anlamında haralardasınız?

- Müəyyən mənada baxış bucağımı dəyişən kitablardan biri Ayn Randın əsərləri oldu. Kapitalist düşüncəsinə əhəmiyyət verməyə başlamağım məhz onun əsərlərindən sonra oldu. Söhbət sadəcə “beş manat pul qazanıb, dövlət himayəsində yaşamaqdan” getmir, düşüncə azadlığının nə qədər önəmli olduğunu mən ondan öyrəndim. Gördüm ki, istənilən sosial mühit, cəmiyyət düşüncə azadlığı üçün bir təhlükəyə çevrilir.

İnsanı bərabərləşdirən bütün cəmiyyətlər təhlükəlidir. İnsana bərabərlik anlayışı ilə yanaşmaq olmaz. Hüquq bərabərliyi şəraitində təbii ki, hamının haqqı qorunmalıdır, amma düşüncə bərabərliyinə gətirən cəmiyyətlər təhlükəlidir. Biz də düşüncə bərabərliyini yaşayan cəmiyyətlərdənik.

Bizdə bərabərlik titullarla müəyyən olunur. Düşüncə adamınasa fərq qoyulmur. Titulların iyerarxiyası var. Professor, akademik və s. Ona görə də düşüncə həyatımız ölmüş vəziyyətdədir. İndi milli ideya və başqa mövzular müzakirə olunanda mənim umduğun adamlar bu mövzuya transfer oluna bilmir. Çünki titullar onları da əzib. Hər şeyi o çərçivədən, o baxış bucağından görüb qiymətləndirir.

Bir də cəsarət məsələsi çox önəmlidir. Bizdə adətən, hökumətlə, hakimiyyətlə savaşırlar, cəmiyyətlə savaş ənənəsi isə yoxdur. Geridəqalmış və cəhalət içində olan cəmiyyətlə savaşan adamların da sayı çox deyil. Bu adamların sayı çox olsa, cəhalətə qalib gəlmək mümkünə çevrilər. Ən azı bir kütbeyinin fikir həyatımızda söz sahibliyi etməsinə mane ola bilərik. Bunu edə bilmədiyimizə görə geriləyirik. O baxımdan əslində hər bir kitab dəyişir.

Bu yaxınlarda Cəlal Şəngörü oxudum, müəyyən məsələlərə baxışım dəyişdi. Bir dindar mənə yazır ki, siz niyə ateisti paylaşırsınız? Mən ona ateist kimi yanaşmıram, axı. Qarşımdakının inancının mənə aidiyyəti yoxdur. Bu onun fərdi işidir. Mənə onun təfəkkürünün məhsulu maraqlıdır. Diqqəti ona yönəldirəm ki, bu təfəkkürdən təmizmi, yoxsa şəkərlə qarışıq bal çıxır. Mən təmiz bal axtarıram. Təfəkkür təmiz balı hansı çiçəkdən yığırsa-yığsın, mən onu qida olaraq öz menyuma daxil edirəm. Bu, dostumun, qardaşımın şəkərli balıdır deyib, ondan istifadə edə bilmərəm. Mən məsələyə bu baxımdan yanaşıram.

Böyük dəyişiklik yaradan onlarla kitabı saya bilərəm. Məsələn, böyük ispan filosofu Orteqa Qasset mənim düşüncə tərzimdə dəyişiklik edən biridir. Onun “Onurğasız İspaniya” kitabını oxuyandan sonra kitabımda "Onurğasız Azərbaycan"ı yazdım. Mən müqayisə aparmaqla Azərbaycanın çatışmayan tərəflərini tapdım.

Qassetin ispan həyatı ilə bağlı belə bir fikri var: ispan xalqı aristokratiya fobiyası daşıyan xalqdır. Xalq istedadlı insanları məhv etməyi sevir. Azərbaycan təbiəti də elədir, istedadlı adamı öldürür. Axundovu rus sistemi qorumasaydı, Azərbaycan cahilləri onu çoxdan öldürmüşdülər. Mirzə Cəlili rus hüquq sistemi qorumasaydı, qoçular onun axırına çıxacaqdılar.

Əlibəy Hüseynzadə ilə Əhməd bəy Ağaoğlu ölkədən qaçıb getdilər. Mollası, ziyalısının çoxu mütərəqqi olmayan cəmiyyətdə o cür insanları yeyəcəklər. Ona görə də bu dəyişimi yarada biləcək hər hansı faydalı ədəbiyyat varsa, onu mütləq dəyərləndirməlisən.

Kantın “Pedaqogika” əsəri mənim üçün dində olan məlum postulatları xeyli dəyişdi. Kant deyir ki, uşaqlara Allah kəlməsini tez-tez təkrarlatmayın. Bu, onlarda məsuliyyətsizlik yaradır, Allah sözünü yalnız ekstremal situasiyalarda dilə gətirin, bu halda daha təsirli və effektli olacaq. Din isə Allahı tez-tez xatırlamağı, zikr etməyi məsləhət görür. Mən də Allahın adını Kantın dediyi formada çəkməyə başladım, halbuki mən bəlli inanclı biri, bəlli streotiplərin daşıyıcısıyam.

Hamı Ramazanda Qədr gecəsinin dəqiq gününü axtarır. İslam filosoflarını, düşüncə adamlarını dinləyəndən sonra mən Qədr gecəsini axtarmaqdan vaz keçdim. Qədr gecəsinin olduğu gün hər gündür. Ona simvolik tarix kimi yanaşmalısan, mexaniki axtarışda olsan, bu, fırıldaqlığa gətirib çıxaracaq. Bu ona bənzəyir ki, bütün ilboyu içirəm, bircə Məhərrəmlikdən başqa... Bu, Allah qarşısında qoyulan minnətdir. Bir ay içməyib oruc tutmaq, namaz qılmaqla günahları yumaq mümkün olsaydı, nə vardı ki... Əslində isə bunlar hamısı şəkillərdir, formalardır. Əsas hədəfi tutmaq lazımdır.

İnsan kimi yetişə bilmirsənsə, namazın, orucun xeyri varmı? Sən insan ol, heç namaz qılma... Dəyərini özü müəyyən edən, cəmiyyətə fayda gətirən biri olandan sonra hansı ibadət sahibi olmağının fərqi yoxdur. Dürüst yəhudi, dürüst xristian bizim üçün nadürüst qardaşdan, bacıdan, qonşudan daha öndədir. Onunla ticarət edib, ondan öyrənib, onunla əməkdaşlıq edəcəksən. Prinsip budur. Ona görə də bu şeylər zaman-zaman dəyişir. Doqmalar, müəyyən etdiyin fikirlər yenisi ilə əvəzlənir. Bu da faydalıdır.

İnsan ömür boyu dəyişməlidir. Dünyanı dəyişmək də əslində dəyişikliklərin yekunudur. Dünyanın dəyişməyinə də hazır olmalısan.

"Sonuncu kitabım müzakirə olunmadı"

- Quranı necə, oxuyursunuz?

- Ara-ara oxuyuram, amma buna çox zaman sərf etmirəm. Quran haqqında düşüncələrin oxunmasına daha çox vaxt ayırıram. Çünki o düşüncələr məndən daha hazırlıqlı, bilgili insanlara məxsusdur.

- Quranı ərəbcə oxuya bilirsiniz?

- Yox. İndi ingilis dilini öyrənmə mərhələsində Quran üzərindən ərəbcəni də öyrənməyə səy göstərirəm. Quranı rus, ingilis, türkcə oxuyanda həm dili öyrənirsən, həm də ayələrin mənalarının necə ifadə olunduğunu açıq-aşkar görmək olur.

Amma bütünlükdə Məhəmməd Həmidullah, Fəzlür Rəhman, Mövdudi, Məhəmməd Əbu Zahra, Mustafa İslamoğlu, Bayraktar Bayraklının əsərlərini oxumuşam. Mütəfəkkir görüşündən məsələlərin açılışını öyrənməyi daha faydalı sayıram.

Bir vaxtlar Əli Şəriətini də çox oxuyurdum, amma indi o mənim üçün yalnız sosioloq kimi maraq kəsb edir. Din adamı kimi isə bilgili olmasına rəğmən daha çox cəhalət üzərində oturuşmuş dini təbliğ edir. Azərbaycan cəmiyyətində də bu xəstəlik geniş yayılıb. Sonuncu kitabımı bir neçə adam oxuyandan sonra dedilər ki, biz bu qədər Azərbaycan problemlərinin dərininə enmiş əhatəli kitab oxumamışdıq. Amma o kitab müzakirə olunmadı.

- Hansı kitabı nəzərdə tutursunuz?

- “Dirilən adamın düşüncələri”... Mən onu xəstəxanada yazdım. Bütün Azərbaycan problemlərinə toxunaraq əvvəlki fikirlərimi də sistemləşdirib əhatəli formada təqdim etdim. Amma diqqəti çəkmədi. Bizim cəmiyyətdə hansısa tarixi şəxsiyyət barədə fikirlərin kiminsə xoşuna gəlmirsə, artıq sənin başqa fikirlərinə əhəmiyyət vermir.

Bu yaxınlarda kirayədə qaldığı evdən küçəyə atılan Fazil Qaraoğlu ilə şəxsən tanış deyiləm, amma son hadisələrdə fikir verdim, kimsə onun haqqında “bizim şah babamıza filan şey deyib” deyə bir fikir yazmış, alimin küçəyə atılmasına sanki haqq qazandırmışdı. Bundan böyük bayağılıq ola bilərmi? Bizdə fikir qatilləri formalaşıb.

Özünün əzbərlədiyi mətni - bəli, əvvəllər mən də o mətni müdafiə etmişəm, hətta dəyişməz mətn olduğunu hər kəsə isbat etməyə çalışırmışam da - amma indi etiraf edirəm ki, mən o polemikalarda haqlı deyildim. Çünki mən İslam doqmasından, yaxud milli təəssübkeşlikdən çıxış edirdim. Zamanla başa düşmüşəm ki, onun verdiyi əsl dəyər deyil.

Əvvəl-əvvəl mənim üçün torpaq tutmaq dəyər sayılırdısa, indi mənim üçün dəyər məktəbdir, universitetdir. Dəyərlər dəyişir və sən də hər şeyə dəyişən dəyərlər prizmasından baxmalısan.

Biz yeni dövrə transformasiya olmuşuq, müstəqil dövlətdə yaşayırıq. Müstəqil dövlətdə köhnə dövrdəki postulatlar işləmir. İndi mən müstəqillik dövrünün daha ağıllı insanını yetişdirməliyəm.

"Sui-qəsd hadisəsindən sonrakı fikirlərim..."

- İndiyədək neçə kitabınız çapdan çıxıb? Yeni nəsə yazırsınızmı?

- Nəşr olunmuş 28 kitabım var. İndi daha çox kiçik həcmli esselər yazıram. Memuar janrda düşüncələrim var. Sui-qəsd hadisəsindən sonrakı fikirlərim beynimdə hazırdır, amma onu yazmaq üçün bir az kənara çəkilməliyəm.

Ümumi götürəndə indi mütaliə dövrümdür. Həyatımda yeddi-səkkiz dəfə belə dövr olub. Hərbi xidmətdə bir il yarım heç nə yazmamışam, ancaq oxumuşam. Türkiyədə olanda da iki il yalnız oxudum, ondan sonra yazdım. İndi də elə bir dövrdür, oxuyuram, məlumatlanıram, sonra yazacam...

635x100

Şərhlər

dadaşyev 2024-04-19 00:57:17

Çox savadlı və iti məntiqli adamdır.Məsələlərə öz müstəqil münasibəti olan adamlar hörmətəlayiqdirlər.Ləzzətlə oxudum.

ƏNHU 2024-04-18 00:43:21

Axır ki, özümə bir həmfikir tapdım. Bunun üçün Azpolitikaya və Fazil Mustafaya minnətdarlığımı bildirirəm. Neçə illərdir bəzi filoloqlarla mübahisə edirdim. "Qaraca qız" Azərbaycan ədəbiyyatının Nobelidir. "Qaraca qız" hekayəsi ədəbiyyat nədir sualının cavabıdır. "Qaraca qız" heç bir fəlsəfi fikirlə yüklənməyən təmizqanlı ədəbiyyat övladıdır. Fazil Mustafaya bu incə nüansı sezdiyinə görə bir daha təşəkkür edirəm.

Vahid 2024-04-17 15:31:56

İman insanı insan eder.Şubhesiz insani sultan eder.Elə ise,insanın esl vezifesi iman ve duadır.

ülvi 2024-04-17 15:12:43

.Hamlya bəllidir ki.kitablar müəyyən qiymətə satılır.Bəs Fazil bəyib bu qədər vəsaiti haradan olub ki,o həm evalıb,həm indiyə qədər yaşamına sərf edib və bu boyda kitabxanada bu qədər kitablara vəsait əldə efib. Axı maaşı ilə bu nmümkün deyil.Bəs haradan?Maraqlı deyilmi?

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price