Menu

Rusiya hələ də Avropa İttifaqını gübrə ilə təmin edir – Qiymətlər kəskin artıb

30.04.2024, 17:18
Rusiya hələ də Avropa İttifaqını gübrə ilə təmin edir – Qiymətlər kəskin artıb

Ukraynada müharibə başlayandan sonra Avropa İttifaqı (Aİ) Rusiyadan gübrə idxalını artırıb.

“AzPolitika” “Financial Times” (FT) qəzetinə istinadla xəbər verir ki, Moskva Aİ-nin karbamidə olan tələbinin üçdə birini təmin edir.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan gübrə qiymətləri kəskin artıb. Səbəb azot gübrələrinin istehsal olunduğu təbii qaz bazarında məhdud təklif olub. Rusiya gübrələri hələ də Aİ ölkələrinin sanksiya paketlərinə daxil edilməyib.

FT yazır ki, qiymət artımı avropalı fermerlərə maliyyə zərbəsi vurub. Digər regionlar, xüsusən də Afrika gübrələrindən istifadəni tamamilə dayandırıb. 

Bu, məhsuldarlığın azalmasına və qlobal ərzaq böhranının dərinləşməsinə səbəb olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol