Menu

Paşinyan Bəşər Əsədi təbrik edib

17.04.2024, 16:38
Paşinyan Bəşər Əsədi təbrik edib

“Sizi və dost Suriya xalqını milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm”.

“AzPolitika” xəbər verir ki, Baş nazir Nikol Paşinyanın Suriya Prezidenti Bəşər Əsədə məktubunda belə deyilir.

Paşinyan suriyalılarla ermənilərin yaxın dostluğunu qeyd edib və şəxsən B.Əsədə böyük ehtiramını çatdırıb: “Çoxəsrlik Ermənistan-Suriya dostluq münasibətləri bundan sonra da beynəlxalq aləmdə qarşılıqlı etimad və konstruktivlik nümunəsi kimi xidmət edəcəkdir. Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.

Qeyd edək ki, Suriyada xeyli sayda erməni yaşayır və onların demək olar hamısı böyük sayda müsəlman əhalini qanına qəltan etmiş Əsəd rejimini dəstəkləyir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol