Menu

Azyaşlıya hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinənlər saxlanılıb

18.04.2024, 10:18
Azyaşlıya hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinənlər saxlanılıb

Aprelin 15-də Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarının talanması barədə 36-cı Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Abdullayev və 2006-cı il təvəllüdlü bir qız müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol