Menu

ABŞ sülhməramlıların Qarabağdan çıxarılmasına münasibət bildirib

18.04.2024, 20:37
ABŞ sülhməramlıların Qarabağdan çıxarılmasına münasibət bildirib

“Bu, Rusiyanın etibarlı müttəfiq olmadığının daha bir nümunəsidir”.

"AzPolitika" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı qoşunlarının Dağlıq Qarabağdan vaxtından əvvəl çıxarılmasını şərh edərkən deyib.

“ABŞ Rusiya ordusunun Cənubi Qafqaz regionunun dinc və sabitliyinə töhfə verdiyini göstərən heç nə görməyib. Dağlıq Qarabağda ötən ilin payızında baş verən hadisələr buna misaldır”,-deyə o bildirib.

Patel vurğulayıb ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın davamlı və sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir və bu prosesin asanlaşdırılmasına yardım etməyə hazırdır.

“AzPolitika.info”

Şərhlər

Eli 2024-04-18 15:57:42

Dünyanı idare etmek iddiasında olan dövletler imkan berse kiçik dövletler rahat Sülh şeraitinde mehribzn qonşulyqda yaşaya bilerler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol