Menu

Almaniyanın vitse-kansleri Kiyevə gəlib - “Ukraynanı qətiyyətlə müdafiə edirik...”

18.04.2024, 18:04
Almaniyanın vitse-kansleri Kiyevə gəlib - “Ukraynanı qətiyyətlə müdafiə edirik...”

Almaniyanın iqtisadiyyat naziri və vitse-kansler Robert Habek cümə axşamı səhər tezdən elan olunmamış səfərlə Kiyevə gəlib.

Habek vurğulayıb ki, bu səfər Almaniyanın Ukraynaya uzunmüddətli dəstək verəcəyinə işarədir.

“Rusiyanın qəddar və qeyri-qanuni işğalçı müharibəsinin üçüncü ilində belə, Almaniya qətiyyətlə Ukraynanın tərəfindədir”, – siyasətçi Kiyevin əsas dəmir yolu vağzalına çatan kimi jurnalistlərə deyib.

Prezident Volodimir Zelenski ilə danışıqlardan əlavə, Habekin Baş nazirin müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko və energetika naziri German Qaluşenko ilə görüşü planlaşdırılır.

Danışıqlarda Rusiyanın Ukraynanın enerji infrastrukturuna son hücumları müzakirə olunacaq. Habek Almaniyanın təcili yardımı necə göstərəcəyini həmsöhbətləri ilə müzakirə etmək istəyir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol