Menu

Davudoğlunun erməni baş müşaviri Öcalana tərif yağdırdı

04.12.2014, 10:15
Davudoğlunun erməni baş müşaviri Öcalana tərif yağdırdı

Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni baş müşaviri Etyen Mahçupyan PKK-nın həbsdə olan lideri Abdulla Öcalanla bağlı sensasion açıqlama verib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, hökumət rəsmisi NTV-nin canlı yayımında “kürd açılımı” ilə bağlı sualları cavablandırarkən Abdulla Öcalanın əsl lider olduğunu vurğulayıb. O, PKK liderinin kürd probleminin həll edilməsində əhəmiyyətli rolunu olduğunu diqqətə çatıdırıb:

“Abdulla Öcalan əsl liderdir. Ona nəsə verilməsinə ehtiyac yoxdur, özü-özünü xarizmatik vəziyyətə gətirir. Öcalanın çox geniş prestij sahəsi var. O dünya miqyasında böyük bir problemin daşıyıcısı, lideridir. Bu problemi həll edə biləcəksə, Öcalan tarixə düşəcək”,-deyə Etyen Mahçupyan bildirib.

Qeyd edək ki, əvvəllər jurnalist işləyən Etyen Mahçupyan “Aqil insanlar”ın iclasında baş nazir Əhməd Davudoğlunun ona müşavirlik vəzifəsini təklif etməsini böyük məmnuniyyətlə qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol