Menu

Qərb Ukraynaya 6 “Patriot” göndərmək üçün səfərbər olunub – “Birini biz vermişik”

19.04.2024, 13:50
Qərb Ukraynaya 6 “Patriot” göndərmək üçün səfərbər olunub – “Birini biz vermişik”

Aprelin 18-də İtaliyanın Kapri adasında G7 qrupu ölkələri xarici işlər nazirlərinin ikinci görüşü olub.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, görüşdə Avropa İttifaqının XİN başçıları deyiblər ki, Ukrayna çox sayda hava hücumundan müdafiə sistemləri almasa, müharibədə məğlub ola bilər. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə bildirib ki, Qərb İsrailə Ukraynadan fərqli yanaşır. O, xatırladıb ki, İran İsrail üzərinə raket və dronlarını buraxanda ABŞ, Britaniya və Fransa onların vurulmasında iştirak edirdi: "Belə görünür ki, bizim partnyorlarımızın İsrailə yönəlik məqsədləri ziyan və ölümlərin qarşısının alınmasıdır. Son aylarda partnyorlarımızın Ukraynaya münasibəti isə bizim ziyandan özümüzə gəlməyimizdə bizə kömək etməkdir. Buna görə də, bizim bugünkü məqsədimiz partnyorlarımızla birlikdə elə mexanizm tapmaqdır ki, Ukraynada dağıntı və ölümlərin qarşısını ala bilək”.

NATO baş katibi Yens Stoltenberq bəyan edib ki, İttifaq hazırda Ukraynaya çox sayda hava hücumundan müdafiə (HHM) sistemləri göndərmək üzərində işləyir: "Biz NATO-da olan müxtəlif HHM sistemləri barədə məlumatlar toplamışıq. Diqqətimizi “Patriot” sistemlərinə yönəltmişik. Biz müttəfiqlərimizlə birlikdə işləyirik ki, onlar özlərində olan bu sistemlərin bir hissəsini Ukraynaya versinlər”.

Onun sözlərinə görə Ukraynaya başqa HHM sistemləri, o cümlədən NASAMS kompleksləri də verilə bilər: "HHM sistemlərinin gecikdirilməsi o deməkdir ki, daha çox Rusiya raketi Ukraynadakı hədəflərini vura biləcək”.

Bu arada Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel də Avropa İttifaqı ölkələrini Ukraynaya HHM sistemlərinin verilməsinə çağırıb. O deyib ki, Ukraynanın enerji sistemləri Rusiya ordusunun intensiv zərbələrinə məruz qalır: "Əks halda Ukraynanın energetika sistemi məhv ediləcək. Evində, zavodlarında və başqa yerlərdə elektriki olmayan heç bir ölkə döyüşə bilməz”.

Almaniya kansleri Olaf Şolts da NATO ölkələrini Ukrayna üçün daha 6 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi tapmağa çağırıb: "Biz bilirik ki, Ukrayna hazırda bizim köməyimizə möhtacdır. Ona aydın siqnal lazımdır ki, bu kömək daimi əsasda uzun müddət davam etdiriləcək”.

Aİ sammitinin ikinci günüdə Almaniya kansleri bildirib ki, Berlin Kiyevə artıq 3 ədəd “Patriot” sistemi verib: "Biz eşitmişik ki, indi daha yeddi ədəd belə sistemə ehtiyac var. Birini biz vermişik. Ümid edirik ki, NATO çərçivəsində daha 6 sistem tapılacaq. Mən bütün imkanlardan istifadə edərək bu məsələni qaldırıram”.

“AzPolitika.info”

Şərhlər

Watchman 2024-04-19 14:19:57

Xəbər başlığını heç olmasa elə yazın ki, peşəkar və savadlı olmadığınız bilinməsin. Başlığı oxuyan elə başa düşür ki, Patriotun birini Ukrsynaya Azərbaycan verib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol