Menu

Rusiyanın briqada komandiri məhv edildi - FOTO

19.04.2024, 15:30
Rusiyanın briqada komandiri məhv edildi - FOTO

Müvəqqəti işğal olunmuş Luqanskda Rusiya ordusunun briqada komandirlərindən biri məhv edilib. 

"AzPolitika” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Luqanskdakı qərargaha endirilən zərbə nəticəsində 59-cu Qvardiya Rabitə Briqadasının komandiri, polkovnik Pavel Kropotov həlak olub.

Hadisənin aprelin 13-də baş verdiyi qeyd olunur. Daha öncə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk bildirib ki, aprelin 13-də Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal olunmuş Luqanskda Rusiyanın “Mərkəz” qüvvələri qrupunun komanda məntəqəsini uğurla məhv edib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol