Rusiya Ukraynada müharibəni tezliklə yekunlaşdırmaq fikrində olmadığını nümayiş etdirir.
“AzPolitika” xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya nəşrlərinin nümayəndələrinə bildirib ki, Ukrayna ilə danışıqlar başlasa belə, Moskva hərbi əməliyyatları dayandırmaq niyyətində deyil: “Danışıqlar zamanı hərbi əməliyyatlarda heç bir fasilə verməyəcəyik”.
Lavrov bildirib ki, Rusiya Ukraynaya etibar etmir və Kreml qanlı müharibənin davam etdirilməsinin zəruriliyinə əmindir: “Rusiyada bu gün Ukraynada “xüsusi hərbi əməliyyat”ın davam etdirilməsinin zəruriliyinə tam əminlik var”.
“AzPolitika.info”


Şərhlər