"Eyni yerdən koordinasiya olunmuş bir filmə baxırıq. İran və İsrail arasında rol bölgüsü var"
Son günlər İran və İsrailin bütün dünyaya öncədən səhnələşdirilmiş qarşılıqlı hücumlar şəraitində davam edən bir “teatr” izlətməyə çalışdığını görürük.
45 ildir İsraili təhdid edən İranın aprelin 13-dən 14-nə keçən gecə “sionist rejim” adlandırdığı ölkəyə "hücumuna" İsrailin cavabı fərqli olmayıb. Ötən gün İsrail İsfahanda bir neçə strateji obyektə hücum etdiyi görüntüsünü yaradıb. Lakin bütün siyasi ekspertlər İrandakı partlayışları “məhdud hücum” kimi qiymətləndirib. Yəni İsrail İranın saxta hücumuna bənzər şəkildə bir cavab verib.
Ekspertlərə görə, qarşılıqlı hücumlarda itkilərin olmaması iki ölkə arasında əvvəlcədən sövdələşmə olduğunun bariz sübutudur.
“AzPolitika” xəbər verir ki, iranlı ekspert Rəhim Fərzan Türkiyə mətbuatına açıqlamasında bildirib ki, hər iki hücumun ortaq nöqtəsi bir-birinə zərər verməmək olub: “İran dünənki hücuma görə İsraili günahlandırmaqdan çəkinir. Tərəflər arasında baş verən son hadisələr tamamilə komediyaya dönüşüb. Son nəticə budur ki, Rafah və İordan çayının qərb sahilində yaşayan insanlar yaxın müddətdə bu raket-PUA təxribatlarının bədəlini ödəyəcəklər. Tərəflər bütün məsuliyyəti Suriya, Yəmən, Livan və İraq xalqlarının üzərinə yıxacaqlar”.

“Son hadisələr bizə Qəzzanı unutdurdu. İsrailin buna cavabı mütləq Rəfahda olacaq. Bu, hər iki ölkəyə Yaxın Şərqi dizayn etmək şansı verir. Xüsusilə də İsrail çox ciddi qazanc əldə edir. Cəmi bir neçə həftə əvvəl böyük reaksiyalar alan mümkün Rəfah işğalı cəhdi indi İran sayəsində qanuniləşdi. Hətta “zəruri müdaxilə hüququ” qazandı. Sanki eyni yerdən koordinasiya olunmuş bir filmə baxırıq. İran və İsrail arasında rol bölgüsü var. Bölgənin yenidən dizayn edilməsi üçün tərəflərin oynadığı roller indi daha aydın şəkildə görünür. Həm İsrail, həm də İran qarşılıqlı hücumlarını dayandırdılar. Bundan sonra hər iki tərəf də bölgədəki siyasətlərini davam etdirmək üçün daha sərbəst hərəkət edə biləcəklər”, - Rəhim Fərzan əlavə edib.

İranlı fəal-tədqiqatçı Elyar Makuyi isə bildirib ki, Azərbaycanı da İran ilə İsrail arasında yaşanan gərginliyə çəkməyə çalışırlar: “Fransa İsfahana düşən raketlərlə bağlı Azərbaycanı hədəf göstərib. İran Bakını da İsrail ilə yaşanan münaqişəyə çəkmək istəyir. Onlar Bakını Yəmən, Suriya, İraq və Livanın gününə salmaq istəyirlər”.
“AzPoltika.info”

Şərhlər
Dünənki dronlar İsrailin yox,İranın özünün işidir;özü qaldırıb,özü də vurub.İsrailin bunda əli yoxdur.Dövlət içində dövlət olan SEPAH-ın xüsusi xidmət adamlarının əməlidir,onlar nə Rəisiyə,nə Xameneyiyə tabe deyillər,əmrlərini birbaşa ABŞ-dan,Fransadan alırlar.ABŞ isə bəşəriyyətə özünü elə göstərir ki,guya İsrailə sözünü keçirə bilmir,əslində isə İsrail ABŞ-ın Yaxın Şərqə uzanmış 51-ci ştatıdır,ABŞ nə əmr etsə hərfinə qədər onu icra edir.Bəşəriyyət də elə bilir İsrail əli müasir silahlı ərköyün çocuqdu,haranı nə vaxt istəsə vura bilər və onun qarşısında durmaq olmaz,çünki nə etsə ABŞ arxasında dayanacaq.Belə deyil,yau kardeşim.İsrail Yaxın Şərqdə ABŞ-ın görən gözü,eşidən qulağı,vuran əlidir,İsrail Yəməni vurursa bilin ki ABŞ-dı Yəməni vuran,Suriyanı vurursa ABŞ-dı Suriyanı vuran,Qəzzanı dağıdırsa ABŞ-dı Qəzzanı dağıdan.Sadəcə,İsrailin əliylə edir bunları,özü isə sudan quru çıxır.Və Qərb də İsraili dəstəkləyir,amma əslində Qərb İsraili dəstəkləməklə ABŞ-ı dəstəklədiyini bilir deyə dəstəkləyir.ABŞ bu gecə Qəzzanı dəstəkləyəsi olsa səhər açılmamış,dan yeri sökülər-sökülməz Qərb aləmi elliklə İsraili qınayar.Qəzzanın yerlə bir edilməsi,bütün Fələstinin yox edilməsi Aralıq Dənizinin bütün o sahilinə İsrailin tam sahiblənməyi üçündür.Amma İsrailinmi?Xeyr.ABŞ-ın tam sahiblənməyi üçündür.Dünənki İrandakı dron məsələsi isə SEPAH içindəki Fransaya xidmət edən casusların əməlidir.İsrailin boynuna atmaq istəyirlər ki,desin ki guya onun dronlarıdı,çünki Fransanın əli olduğu bilinsə və plan daha baş tutmadan Fransaya təzyiqlər edilməsə sonrakı məsələlər acınacaqlı ola bilər.Niyə?Təsəvvür edin ki,günün birində yenə İran içindəcə dronlar havaya qalxır və fars şəhərlərinə deyil,Təbrizə,Həmədana bomba atır.O zaman təbii ki biz Azərbaycan olaraq İrana etiraz bildirəcəyik.Notalar zənciri başlayacaq,biz İrana,İran bizə.İran deyəcək İsrailin dronlarıdı,aramız İsraillə pozulsun deyə.Bu səfər Türkiyə İsrailə nota verəcək və sair və ilaxır.Komediya dönüb olacaq tragediya.Fransa qəhbələr ölkəsi olduğu üçün belə avantürist maxinasiyaların ustasıdı Afrikadakı müstəmləkəçilik illərindən.Qəhbələr ev tikməz,tikili evi yıxar,Fransa da onnandı.
Birazdan fars mollası cŭhudu,cŭhud da.fsrs mollasını inẹk balasını yalayan kimi yalayacaq.indi isə artistlik edirlər
Yaşasın hər bir Cəmiyyət (ailə, icma, dövlət ...) üçün Nisbi bərabər (adekvat) insan-vətəndaş ədalət hüququnu Baş qanun qəbul edən Fəlsəfi-Tarixi Şəxsiyyət Vladimir İliç Ulyanov Ruhu və tam təşəkkül tapmamış Mükəmməl Rəfah prinsipləri! Hər dövlət Konstitusion səərhəddində cəmiyyətinin yüksək Rəfahına çalışmalı, onun kənara sıçrayış və təcavüzü kəskinliklə dəf edilməlidir!-BMT TŞ qanunu deyilmi?