Menu

Azərbaycanlı alimlər IX Sankt-Peterburq Beynəlxalq İqtisadi Konqresində iştirak ediblər - FOTOLAR

20.04.2024, 12:11
Azərbaycanlı alimlər IX Sankt-Peterburq Beynəlxalq İqtisadi Konqresində iştirak ediblər - FOTOLAR

Aprel ayının 4-5 tarixində Rusiyanın Sankt-Peterburq şəhərində S.V.Vitte adına Yeni Sənaye İnkişafı İnstitutu, Rusiya Azad İqtisadi Cəmiyyəti, Beynəlxalq İqtisadçılar İttifaqı tərəfindən təşkil olunmuş “Dünya iqtisadiyyatında perspektiv inteqrasiya prosesləri: yeni yanaşma” mövzusundə IX Sankt-Peterburq Beynəlxalq İqtisadi Konqresində Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) “İqtisadi və texnoloji” elmlər kafedrasının professorları, iqtisad elmləri doktorları Babayev Əlican Pirican oğlu və Şahbazov Kamil Ağazaman oğlu iştirak ediblər.

Konqres bir sıra aktual problemlərin elmi müzakirəsinə həsr olunub:

- Qlobal sosial-iqtisadi və geosiyasi transformasiyalar: nəzəriyyə və praktika;

- İnteqrasiya praktikası və trendləri: müasir dünyada inteqrasiya birlikləri və yeni inteqrasiyanın genezisi;

- Böyük Avrasiya tərəfdaşlığı və BRİKS+: “inteqrasiyaların inteqrasiyası” layihələrinin gələcəyi və qarşıdan gələn yeni inteqrasiya;

- Milli təhlükəsizlik, texnoloji suverenlik və elmi liderlik: əlaqələrin və təşəbbüslərin möhkəmləndirilməsi;

-Yeni elmi-texniki inqilab və noonomikaya doğru irəliləyiş;

- Dövlət və bazar münasibətlərinin transformasiyası: siyasi iqtisadi baxış;

-Nootransformasiya şəraitində insan və iş; İstehsal, elm və təhsil: inteqrasiyanın konturları;

-İqtisadi və texnoloji nootransformasiyaların sənaye və regional aspektləri kimi problemlər Konqresə toplaşmış alimlər tətəfindən geniş müzakirə edilib.


Konqresin “İnteqrasiya praktikası və trendləri: müasir dünyada inteqrasiya birlikləri və yeni inteqrasiyasının genezisi” bölməsində moderatorluq edən prof. Babayev Ə.P.“Dünyada inteqrasiya proseslerinin inkişafında yeni meyillər və Azərbaycan iqtisadiyyatının perspektivləri”adlı məruzə ilə, prof. Şahbazov K. A.“İstehsal, elm və təhsil: inteqrasiyanın konturları” bölməsində “Kommersiya banklarında kadrların idarə edilməsi prosesində suni intelekt” adlı məruzə ilə çıxış etmişlər.

S.V.Vitte adına Yeni Sənaye İnkişafı İnstitutunun saytında SPEC-2024-ün proqramı, foto və video materialları ilə tanış ola bilərsiniz: https://inir.ru/spec-2024/

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol