Rusiya Ukraynada təkcə hərbçilərini deyil, “hərbi müxbir” adı altında fəaliyyət göstərən təbliğatçılarını da itirir.
“AzPolitika” xəbər verir ki, aprelin 19-da “İzvestiya”nın hərbi müxbiri Semyon Yeryomin işğal olunmuş Ukrayna ərazisində öldürülüb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
O, öz çəkiliş qrupu ilə hələ 2022-ci ilin martında Rusiya qoşunları Volnovaxanı işğal edəndə rus qoşunlarının Ukrayna bayrağını endirməsini çəkərək, fəxrlə yayımlayıb. Yeryomin həmçinin, Rusiyanın “Lancet” PUA-ları və “Krasnopol” idarəolunan döyüş sursatlarının işini ilk nümayiş etdirənlərdən olub. Elə “karyerasını” da Ukrayna ərazisində sona çatdırıb.
“AzPolitika.info”


Şərhlər