Menu

"İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər" - Paşinyan

20.04.2024, 12:34
"İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər" - Paşinyan

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.

“Report” xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, baş verənləri şişirtmək istəmir: “Amma eyni zamanda bunu qiymətləndirməmək də olmaz”.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Şərhlər

dadaşyev 2024-04-20 15:39:27

Bəli,nəhayət,qərbdən,şimaldan,cənubdan,okeanın o tayından üçüncü biriləri burunlarını soxmadan iki qonşu ölkə birbaşa ikilikdə danışaraq razılığa gəldi.Əlbəttə ki böyük,əhəmiyyətli məsələdir.Kaşki həmişə belə olsun.Bir problem yarananda ikilikdə oturub söhbət eləməklə razılığa gəlinsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol