Menu

ABŞ-nin tərəddüd edəcəyinə inananların bəd günüdür - Kuleba

20.04.2024, 23:23
ABŞ-nin tərəddüd edəcəyinə inananların bəd günüdür - Kuleba

Ukraynanın xarici işlər naziri Dmıtro Kuleba ABŞ Nümayəndələr Palatasının Kiyevə hərbi yardımı ehtiva edən qanun layihəsini təsdiqləməsini “Amerikanın tərəddüd edəcəyinə inanmağa cəsarət edənlərin bəd günü” adlandırıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın baş diplomatı sosial şəbəkədə paylaşım edib.

“[Rusiya Prezidenti Vladimir] Putin üçün bəd gündür. Amerikanın nəyi və kimi müdafiə etdiyinə gəlincə, tərəddüd edə biləcəyinə inanmağa cəsarət edən hər kəs üçün bəd gündür”, – Kuleba vurğulayıb.

Nümayəndələr Palatasına təşəkkürünü bildirən XİN başçısı “ABŞ-nin qlobal liderliyini təsdiqlədiyini” qeyd edib.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.

Şərhlər

dadaşyev 2024-04-21 00:45:11

Bu,Nümayəndələr Palatasının təsdiqidir,orada demokratlar üstündür.Amma respublikaçıların üstün olduğu Senat da təsdiqləyəcəkmi?Təsdiqləyərsə sevinc tam olacaq.Konqress rədd edərsə Bayden nə illah etsə də söz keçirəmməz ona.ABŞ-da Konqress prezidentdən üstündür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol