Menu

Azərbaycanda professor vəfat edib

21.04.2024, 13:02
Azərbaycanda professor vəfat edib

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, AMEA Riyaziyyat ve Mexanika İnstitutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdən sonra aprelin 21-də vəfat edib. 

Ailə üzvlərinin verdiyi məlumata görə, alim uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Mərhum alimlə vida mərasimi bu gün saat 14:00-dək Məhəmməd Hadi küç., 63a ünvanında keçiriləcək. Vida mərasimindən sonra mərhum Dədə Qorqud qəbristanlığında dəfn olunacaq. 

Allah rəhmət eləsin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol