Menu

“ABŞ gələn həftə Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner

21.04.2024, 23:34
“ABŞ gələn həftə Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner

“ABŞ gələn həftə Ukraynaya silah, o cümlədən “ATACMS” taktiki raketləri verməyə başlaya bilər”.

Bunu ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəhbəri Mark Uorner deyib.

“Bizə bildirdilər ki, prezident qanun layihəsini imzalayan kimi bu silahlar həftənin sonuna qədər göndəriləcək”, - o, “CBS” telekanalının efirində bildirib.

Uorner aydınlaşdırıb ki, yardım paketinə uzaqmənzilli silahlar, o cümlədən “ATACMS” da daxil olacaq. O, həmçinin əlavə edib ki, ABŞ Rusiya ilə mübarizəyə müdafiə büdcəsinin cəmi 3%-ni xərcləyir və öz ordusundan istifadə etmir. (Mənbə: iz.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol