Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov əmindir ki, Rusiyanın Kiyevə ikinci hücumu ilə bağlı ehtimallar əsassızdır.
“AzPolitika” xəbər verir ki, Budanov bunu BBC-yə müsahibəsində deyib.
O, qeyd edib ki, Rusiya Federasiyasının guya yeni hücum planlaşdırdığına dair şayiələr güclənsə də, hazırda Kiyev üçün birbaşa təhlükə yoxdur: "Hələlik Kiyev üçün heç bir təhlükə yoxdur".
Xatırladaq ki, son zamanlar Ukraynada Rusiyanın Kiyevə və Xarkova yeni hücumu ilə bağlı şayiələr dolaşmaqdadır. Lakin əksər ekspertlər Rusiyanın bunun üçün hərbi potensialının olmadığını qeyd edirlər.
“AzPolitika.info”


Şərhlər