Menu

Avropa İttifaqı Rusiya aktivləri ilə bağlı xüsusi vergi tətbiq edə bilər

22.04.2024, 17:56
Avropa İttifaqı Rusiya aktivləri ilə bağlı xüsusi vergi tətbiq edə bilər

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəətə xüsusi vergi tətbiq edilməsi ilə bağlı “siyasi razılaşmaya yaxındır”. İlk belə ödəniş iyulun 1-dən tətbiq oluna bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə Belçikanın maliyyə naziri Vinsent Van Peteqem bildirib.

Məqalədə qeyd olunur ki, Aİ ölkələrinin qərarı ABŞ-nin Ukraynaya dəstəyinə cavab olacaq: aprelin 20-də Konqressin Nümayəndələr Palatası Ukraynanın hərbi ehtiyacları üçün 61 milyard dollar ayrılması haqqında qanun layihəsini təsdiqləyib.

Bu gün, aprelin 22-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündə Ukraynaya dəstək müzakirə olunacaq.

Bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin qlobal iqtisadi məsələlərə nəzarət edən müavini Dalip Sinq bildirmişdi ki, Birləşmiş Ştatlar Aİ rəhbərliyini dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərə görə vergiləri azaltmağa inandırmaq istəyir. Birləşmiş Ştatlar Rusiya aktivlərindən illik faiz gəlirlərini maksimuma çatdırmaq istəyir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol