Ermənistandakı revanşistlərin və qatı millətçilərin Azərbaycanın işğalda olan 4 kəndinin qaytarılması barədə razılaşmaya etirazları davam edir.
“AzPolitika” erməni mətbuatına istinadla xəbər verir ki, 44 günlük müharibədə fərariliyə bərabər davranışlarıl ilə yadda qalan Ermənistan ordusu Baş Qərargah rəisi Onik Qasparyan Nikol Paşinyanın Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qərarını tənqid edərək, “Paşinyan pis hərəkət edir”, - deyib.
Bu gün cəlb olunduğu məhkəmə işi ilə əlaqədar getdiyi məhkəmə binasını tərk edərkən jurnalistlərin sualını cavablandıran kapitulyant general sözügedən kəndlərdə yaşayan erməniləri dəstəkləyib. Həmin ermənilərlə birgə “mübarizə aparmağa” hazır olub-olmadığına dair suala Qasparyan “bəli” deyərək cavab verib.
Qeyd edək ki, Qasparyan bu gün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində olub. O, Eçmiədzin hərbi hissəsinin itkin düşmüş hərbçilərinin işi üzrə şahid qismində çıxış edir. Bu iş üzrə təqsirləndirilən şəxslər Baş Qərargah rəisinin keçmiş müavini Andranik Makaryan və hərbi hissənin digər rəsmiləridir.
“AzPolitika.info”


Şərhlər