Menu

Tayvanda ötən sutka ərzində təxminən 250 zəlzələ qeydə alınıb

23.04.2024, 10:32
Tayvanda ötən sutka ərzində təxminən 250 zəlzələ qeydə alınıb

Tayvanın şərq sahillərində son 24 saat ərzində təxminən 250 zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Hava Bürosu (CWB) məlumat yayıb.

Bildirilib ki, aprelin 22-i yerli vaxtla saat 15:08-dan aprelin 23-ü saat 13:30-a qədər Xualyan əyalətində ümumilikdə 247 zəlzələ baş verib. Ən güclü yeraltı təkanlar 6,3 maqnitudaya çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol