Qazaxın qarşılıqlı razılaşma əsasında azad ediləcək işğal olunmuş kəndləri ətrafında gərginlik davam edir.
“AzPolitika” xəbər verir ki, Ermənistan mətbuatı Bağanis Ayrımda vəziyyətin gərgin olduğunu yazıb. Məlumatda qeyd olunur ki, erməni polisi Bağanis Ayrımdan aşağı Əskiparaya gedən yolu bağlayıb.
Kənddə məskunlaşan ermənilər isə yolun açılması tələbi ilə aksiyalar keçirirlər: “Sakinlər əmindirlər ki, artıq bu ərazidə ölçmə işləri aparılır və Bağanis Ayrıma bitişik Aşağı Əskiparaya gedən yolun təhvil verilməsi üçün hazırlıq işləri aparılır. Belə olan halda Bağanis Ayrım sakinləri özlərini bir növ blokadada görəcəklər. Məlumat var ki, faktiki olaraq Bağanıs Ayrım ərazisində artıq demarkasiya aparılıb və erməni avtomobillərinin bu yolda hərəkət etmək hüququ yoxdur”.
“AzPolitika.info”

Şərhlər
Boş atdanıb düşürlər,istəyirlər ki gərginlik yaratsınlar ki o biri dörd kəndimizi qaytarmaq işini gələcəyə buraxaq.Qətiyyən gələcəyə buraxmaq olmaz bu günümüzün qalibiyyətini.Qələbəmizlə elə dərs verməliyik ki gələcəkdə bu günləri unutmasınlar ki bizə qarşı addım atmaq istərkən yüz ölçüb düşünsünlər.Fürsət onlarda olsaydı vallah-billah Abşerona qədər gələrdilər 44 günlük müharibədə,dünya xristianlığı da onları alqışlayardı.Və bizə zərrəcə aman verməzdilər,qırıb çatardılar hamımızı.Hələ sevinsinlər ki biz hər şeyi dinc yolla həll etmək tərəfdarıyıq.