Menu

Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib - "Ona başa salaq ki, dünya nədən ibarətdir"

23.04.2024, 20:13
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib - "Ona başa salaq ki, dünya nədən ibarətdir"

Azərbaycanın uğurlarını istəməyənlər məkrli niyyətlərini həyata keçirməyə başlayıb.

“Report” xəbər verir ki, bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin aprelin 23-də keçirilən plenar iclasında deyib.

O bildirib ki, bu, beynəlxalq təşkilat və dövlətlər, eləcə də Azərbaycanda həmin dövlətlərə xidmət göstərən insanlar, siyasi partiyalar və s.-dir: “Azərbaycan hər zaman addımlarını beynəlxalq hüquq normalarına uyğun atır”.

S.Novruzov əlavə edib ki, Azərbaycanın tələb etdiyi və ortaya qoyduğu məsələlər haqq işidir: “Əfsus ki, dünya ölkələri özlərini demokratik adlandırsa da, bu addımların heç birində Azərbaycanın haqq işində nəinki dəstək göstərmək, onun əleyhinə ikitərəfli bağlanacaq sülh müqavilələri və digər məsələlərə qarşı məkrli niyyətlərini ortaya qoyur. Xocalı soyqırımını, Azərbaycan xalqının və insanlıq əleyhinə cinayət törədənlər, Gəncəni, Bərdəni, Tərtəri bombalayanlara qarşı bu günə qədər hələ sanksiya tətbiq olunmayıb”.

O qeyd edib ki, Azərbaycanda Əli Kərimli adında tiktoker var: "Bir kompüteri, bir də özüdür. Qoyub qabağına danışır. Təbii ki, kompüter danışa bilmədiyindən ona cavab verə bilmir. Əgər Ə.Kərimlinin cəsarəti çatıb hər hansı fikir söyləmək istəyirsə istənilən internet saytda fikir bildirməsi üçün dəvət edirik. Ona başa salaq ki, dünya nədən ibarətdir. Dünya tək başqa dövlətlərə donos verməkdən ibarət deyil. Dünya xalqı və dövlətini sevməkdir. Bu gün görülən işlərə kölgə salmağa çalışmaq, insanlara düzgün olmayan məlumatlar vermək heç də yerində deyil. Nə vaxt istəyir, biz hazırıq”.

Şərhlər

SEÇİCİ 2024-04-24 00:06:54

2 kəlmə sözü bir birinin dalınca deyə bilirsən ki ay...............

Mubariz 2024-04-23 16:14:26

Siyavuş medallarını da taxıb çıxacaq ekranlara , familini düzgün yaza bilməyə dadaşyev də molotov kotleti hazırlayıb atacaq .bu səviyyə ilə bizlər fəxr edirik .Yaşamaq qarına qulluq deyil ,cənablar .

dadaşyev 2024-04-23 13:58:02

Bizdə bələdiyyələr,sosial yardım idarələri,deputatlar ona görə var ki,dünyada elə bilməsinlər bizdə belə şeylər toxdu,yoxsa elə bilərlər bizdə hələ də ibtidai-icma quruluşudu,qəbilə-tayfa münasibətləridi.Qoy bilsinlər ki biz də Avropadakı kimi cəmiyyətlərdənik.Normal cəmiyyətlərdə də müxalifət,onun lideri də olmalıdı.Əli Kərimli də ona görə var,olmağa qoyulmasa elə bilərlər bizdə müxalifət yoxdu,diktaturadı.Odur ki dəymə ona,qoy xarici ölkələrdə həmişə elə bilsinlər,heç vaxt belə bilməsinlər.Səndən də soruşan olanda ki sizdə müxalifət varmı,çək bunun şəklini ortaya,de ki budeey,bəs bu nədi,nə işdi?Hal əhlinə həmişə bu dünya qəfəs imiş,bu dünyadan qaçmağa dördcə təkər bəs imiş.Meydana çıxır badamla,bir nəlbəki yumruq qaldıran adamla,Nə dili var nə ağzı,Hey danışır internetlə.Tapın görək nədir o?Uşaqlar xorla deyəcəklər ki,metrodu metro,metrodu metro.Molla da deyəcək ki,metro-zad deyil a bala,mən bu dünyada hər şeyi görmüşəm,hamamnan qarpızdan başqa,ona görə də müxalifət deyilən şey ya hamamdı,ya qarpız.

İsmayıl 2024-04-23 11:53:09

Siyavus müəllim yaxşı olar debata R. Mehdiyevi dəvət etsin , yəqin dərəcələri uygun olar..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol