Menu

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

24.04.2024, 10:35
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

İsrail Müdafiə Ordusu gecə saatlarında “Hizbullah” silahlı-siyasi qruplaşmasının Livanın cənubunda yerləşən obyektlərinə, döyüşçülərinə hava və artilleriya zərbələri endirib.

“Report” İsrail KİV-ə istinadən xəbər verir ki, məlumatı ordunun mətbuat xidməti yayıb.

Bildirilib ki, Livanın Şumr, Tir-Xarf, Markab, Ayta-Əş-Şaab, Maruin Şaxin, Kfar Şub rayonları hücuma məruz qalıb.

Məlumata görə, hücumun hədəfində qruplaşmanın hərbi təyinatlı binaları, müşahidə məntəqəsi, döyüşçülərin bölmələri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol