Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya “X” sosial media hesabından paylaşım edib.
Məlumata görə, əməliyyat zamanı FETÖ təşkilatı ilə əlaqəsi olduğu güman edilən 13 şübhəli saxlanılıb.
Onların hərbi sahə üzrə təhsil alan keçmiş tələbələr olduqları müəyyən edilib.
Əməliyyat görüntülərini təqdim edirik:


Şərhlər