Menu

Paşinyanın arvadına etiraz etdilər - Və həbs olundular + VIDEO

25.04.2024, 15:39
Paşinyanın arvadına etiraz etdilər - Və həbs olundular + VIDEO

Aprelin 24-də Ermənistan Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın memorial kompleksə səfəri zamanı baş vermiş insidentlə əlaqədar 7 vətəndaş saxlanılıb. “AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, Akopyanın səfəri zamanı ermənilər “Nikol satqındır”, “Nikol qatildir” qışqırmağa başlayıblar. İstintaq Komitəsi həmin ermənilərin hərəkətlərini nifrət, dözümsüzlük və düşmənçiliyin yayılması kimi qiymətləndirərək cinayət işi açıb və 7 vətəndaş dərhal saxlanılıb.

Saxlanılanların vəkili Arayik Papikyan deyib ki, dünən polis idarələrinə bu insidentlə bağlı yüzə yaxın adam gətirilib. İttihamlara gəlincə, Papikyan qeyd edib ki, son vaxtlar hakimiyyət müxalifətçiləri nifrətin qızışdırılması maddəsi ilə həbs etməyə üstünlük verir.

“AzPolitika.info”

Şərhlər

ƏNHU 2024-04-26 01:45:39

Nikolun qızına ürəyim acıdı. Əlində gül tutan bir uşaq bu cür peşiman duruma salınmazdı. Atasının təhqir olunmasından qəhərlənib qısılmağa yer tapmayan bu qızcığaza qəhmər çıxmaq, onu öz ermənilərinin xətərindən müdafiə etmək istədim. Necə mən də əcdadlarımız kimi düşünürəm. Bizə xeyri yoxdur. Görünür Məhəmməd ümməti bu cür olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol