Menu

Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib

25.04.2024, 18:24
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib

Moskvanın Tverskoy Məhkəməsi mədəniyyət nazirinin keçmiş müavini Olqa Yarilovanı qanunsuz pul ayırma işi üzrə 7 il müddətinə azadlıqdan məhrum edib. Hökmə əsasən, məmur qanunsuz olaraq Moskvadakı Dondurma Muzeyini gənclər üçün pulsuz “Puşkin kartı” bilet proqramına daxil edib.

“Puşkin kartı” 14-22 yaşlı ruslara federal büdcə hesabına mədəni tədbirlərdə iştirak etmək üçün verilir. Hökumət ona pul ayırır ki, bu da rus filmlərinin nümayiş olunduğu muzeylərə, konsert salonlarına, teatrlara və kinoteatrlara getməyə xərclənə bilər.

Müstəntiqlərin fikrincə, kart proqrama daxil edildiyi üçün Moskvadakı dondurma muzeyi biletlər üçün büdcədən qanunsuz olaraq 125 milyon rubl pul alıb. Hökmə əsasən, muzey proqrama daxil edilə bilməz. Yarilovanın bunu bildiyi, heç nə etmədiyi iddia edilir.

Nazir müavini əvvəlcə vəzifə səlahiyyətlərindən sui-istifadədə günahını etiraf etsə də, sonradan etirafından geri çəkilib. Müdafiə tərəfi bu ekskursiyanın pul ayrılması meyarlarına cavab verdiyini və uşaqların xoşuna gəldiyini təkid edib.

Şərhlər

Kòhne 2024-04-25 22:34:19

1 milyon 300 min dollar eleyir.....Bele şeylere göre bizde heç kesi tutmurlar.....
.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol