Menu

İsveçdə erkən seçkilər keçiriləcək

04.12.2014, 12:46
İsveçdə erkən seçkilər keçiriləcək

İsveçin mərkəz-sol baş naziri Stefan Lyoven erkən seçkilər keçiriləcəyini bildirib. Hakimiyyətə gəlişinin 3 ayı tamam olmamış, nazirin azlıq hökuməti büdcə səsverməsində məğlub olub. Onun sözlərinə görə, yeni səsvermə martın 22-də keçiriləcək. Xəbəri BBC yayıb.

Radikal-sağ isveç demokratları müxalifəti dəstəkləyib, ona görə də hökumət öz büdcəsini parlamentdə qəbul etdirə bilməyib. İsveç demokratları sentyabr seçkilərindən sonra güc dəllalarına çevriliblər. Hazırda 49 yeri olan partiya dekabrın 3-də mərkəz-sağ müxalifəti dəstəkləyib. Nəticədə 153 səsə qarşı 182 səslərə hökumətin büdcə planı rədd edilib.

Təcili mətbuat konfransında Lyoven bildirib ki, "yeni seçkilər yeni siyasi mənzərə fonunda seçicilərə seçim imkanı verəcək". Konstitusiyaya görə, Lyoven dekabrın 29-dək rəsmi səsvermə təyin edə bilməz.

Lyoven mərkəz-sağ partiyaları büdcə məsələsində qeyri-konstruktiv yanaşmaqda günahlandırıb. O bildirib ki, müxalifət radikal-sağların şərtləri diktə etməsinə şərait yaradır. "Biz hökumət formalaşdırmışıq, büdcəmiz var və bu qaydada da seçkilərdə iştirak edəcəyik", – "Yaşıllar" koalisiya əməkdaşının nümayəndəsi ilə yanaşı dayanan Lyoven deyib.

İsveç demokratları 13% səslə ölkənin 3-cü böyük partiyasına çevriliblər. Onlar İsveçin liberal immiqrasiya qaydalarının ləğv olunmasını tələb edirlər. Partiya sözçüsü Mattias Karlssonbunu "ekstrim immiqrasiya siyasəti" adlandırıb.

Qeyd edək ki, İsveç Suriya münaqişəsindən qaçan hər kəsə daimi yaşayış icazəsi verir. Aİ ölkələri ilə müqayisədə ən çox sığınacaq alanlar bu ölkədədir. İsveçin miqrasiya komitəsinin bildirdiyinə görə, bu il hər həftə 2000-ə yaxın adam müraciət edib. Bunların çoxu Suriyadan gəlib, lakin Eritreyadan da müraciətlərin sayı artıb.

Sığınacaq üçün İsveçə müraciət edənlərin sayı:

2012: 44 000

2013: 55 000

2014: 83 000 (proqnoz)

2015: 95 000 (proqnoz)

Lyovenin sosial-demokratları "Yaşıllar"la birgə azlıq hökuməti qurublar, lakin 349 yerlik parlamentdə 138 yerləri var. Dekabrın 2-də Lyoven büdcə məsələsində razılığa gəlmək üçün mərkəz-sağ müxalifətlə saatlarla müzakirə aparıb, lakin danışıqlar kompromissiz və uğursuz olub. /eunews.az/

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol