Menu

Blinken Pekində Si Cinpinlə görüşüb

26.04.2024, 12:58

ABŞ dövlət katibi Entoni Blinken Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN-dən bildirilib ki, “Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalı, bir-birini incitməkdənsə, uğur qazanmağa kömək etməli, amansız rəqabətə girməkdənsə, ümumi zəmin tapmalıdır”.

ÇXR sədrindən əvvəl Blinken həmkarı Van İ ilə beş saat yarımdan çox görüş keçirib və ABŞ diplomatı bunu “konstruktiv” adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol