Menu

"Ukraynaya yeni yardım paketindən silah tədarükü artıq başlayıb" - Pentaqon

26.04.2024, 13:25
"Ukraynaya yeni yardım paketindən silah tədarükü artıq başlayıb" - Pentaqon

ABŞ artıq yeni yardım paketi çərçivəsində Ukraynaya silah və sursat tədarük etməyə başlayıb.

"AzPolitika" xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrik Rayder brifinq zamanı bildirib.

O, prosesin başladığını, lakin hərbi yardımın çatdırılma vaxtı ilə bağlı təfərrüatların açıqlanmayacağını deyib.

“Biz artıq bəzi silahların, sursatların və avadanlıqların daşınması prosesinə başlamışıq. Bu, bir neçə gün davam edəcək. Bəzi avadanlıqların çatdırılması daha uzun vaxt tələb edəcək",-deyə Rayder bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol