"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Bazeldə görüşəcəklər"
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yerini açıqlayıb.
APA-nın məlumatına görə, o, öz Tvitter səhifəsində qeyd edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri Bazeldə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində görüşəcəklər. "Onlar danışıqlar yolu ilə nizamlama istiqamətində növbəti addımları müzakirə edəcəklər”, - C.Uorlik yazıb.


Şərhlər