Ukrayna ordusu bir gündə mindən artıq Rusiya hərbçisini məhv edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sosial şəbəkə hesabından etdiyi paylaşımda bildirilib.
Paylaşımda qeyd olunub ki, son bir gün ərzində Rusiya 1124 hərbçisini itirib.
Bundan əlavə, ruslara məxsus 6 tankın, 14 zirehli döyüş maşınının, 38 artilleriya sisteminin, 24 PUA-nın, 5 qanadlı raketin, 35 yük maşınının və 6 xüsusi texnikanın da zərərsizləşdirildiyi bildirilib.
"AzPolitika.info"


Şərhlər