"İndiki nasistlər Qəzzada 15 mindən çox uşağı öldürən qatillərdir"

"Bəziləri İsrail ilə bağlı açıqlamalarımızdan narahat olurlar. Hər günahkar şəxs kimi İsrail rəhbərliyi də antisemitizm bəhanəsi ilə bizi susdura biləcəyini düşünür. Əllərindəki mətbuat və lobbi gücü ilə Qəzzadakı cinayətlərini gizlədə biləcəklərini düşünürlər. Bir həqiqəti buradan onlara bir daha xatırlatmaq istərdim. Nə etsəniz də boşdur. Təhdidlərinizə baxmayaraq, Tayyib Ərdoğanın ürəyinə zəncir vura bilməyəcəksiniz".

"AzPolitika" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Parlamentlərarası Qüds Platformasının 5-ci Konfransında çıxış edərkən deyib.

Ərdoğan bu dəfəki çıxışında da İsrail Baş naziri Benjamin Netanyahunu hədəf alıb.

"Netanyahu adını tarixə biabırçı şəkildə Qəzzə qəssabı kimi yazdırdı. Müasir dövrün fironlarını görmək istəyənlər uzağa getməsinlər. 35 min fələstinlini vəhşicəsinə qətlə yetirənlərə baxsınlar. Zəmanəmizin Hitleri və nasistləri Qəzzada 15 mindən çox uşağı öldürən qatillərdir",-deyə o bildirib.

"AzPolitika.info"