Rusiya qoşunları Donetsk vilayətindəki Solovyovo kəndini işğal ediblər və bununla da Oçeretino bölgəsindəki irəliləyişlərini genişləndirdilər.
“AzPolitika” xəbər verir ki, bu barədə “BILD” nəşrinin tanınmış eksperti Julian Repke xəbər verib. Onun sözlərinə görə, Rusiya hissələri indi işğal etdikləri əraziləri genişləndirməyə başlayıblar.
Belə ki, bir neçə gün əvvəl onlar Avdeyevkanın şimal-qərbinə keçərək, Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə doğru 3 km dərinlikdəki Oçeretino kəndinə irəliləyiblər. Onlar həmin vaxt artıq Novobaxmutovka kəndini tutmuşdular, indi isə qonşu Solovyovo kəndinə daxil olublar: "Cənubda Berdiç kəndindəki su səddini keçərək Semyonovkanı götürüblər, həmçinin Umanski və Yasnobrodovkaya 2 km irəliləməyə müvəffəq olublar”.
Bütün bunlarla yanaşı, Repkenin sözlərinə görə, Avdeyevkanın tutulması ilə bərabər son 9 ayda işğalçılar qərbə doğru cəmi 12 km irəliləyə biliblər.
“AzPolitika.info”


Şərhlər