Milli Məclisin üzvü Etibar Əliyev seçicilərilə növbəti görüşünü keçirib.
Bu barədə E.Əliyev sosial şəbəkədə məlumat verib.
“Bu gün Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi və Yeni Günəşli yaşayış sahəsinin bir qrup sakini ilə növbəti dəfə görüş keçirtdik. Qəbulda şəhid ailələlərinin üzvləri, qazilər, MTK sədrləri və digər vətəndaşlar iştirak edirdi. Seçicilərimə Milli Məclisdə qanunvericilik sahəsindəki fəaliyyətim haqqında ətraflı məlumat verdim. Daha sonra sakinləri dinləyib onları narahat edən problemlərin qeydiyyatını apardım. Görüş zamanı vətəndaşları narahat edən bəzi problemlər yerindəcə həllini tapdı. Həlli zaman tələb edən məsələlərlə bağlı isə tərəfimdən aidiyyatı dövlət qurumlarına deputat sorğusu göndəriləcək.
Hər zaman seçicilərimin yanındayam”, deputat qeyd edib.
“AzPolitika.info”


Şərhlər