Menu

"Navalnının ölüm əmrini Putin verməyib" - ABŞ nəşrindən şok iddia

27.04.2024, 14:06
"Navalnının ölüm əmrini Putin verməyib" - ABŞ nəşrindən şok iddia

ABŞ kəşfiyyatı Aleksey Navalnının "ölüm əmrini" Vladimir Putinin vermədiyinə inanır.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşr kəşfiyyat məlumatları ilə tanış olan gizli mənbələrə istinadla yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin kəşfiyyat bölməsi Putinin Navalnının öldürülməsinə birbaşa göstəriş vermədiyini etiraf edib.

Qeyd edək ki, bu ilin fevralında Arktikadakı həbsxanada 47 yaşında vəfat edən Aleksey Navalnı Rusiya müxalifətinin lideri hesab olunurdu. Navalnı Putinə qarşı sərt tənqidləri ilə tanınan siyasi fiqur idi.

"AzPolitika.info"

Şərhlər

Oxucu. 2024-04-27 16:35:53

Tam doğru söyləyir anqlasaksların alınmaz qalası ABŞ,axı suyu qəsd planını onlar həyata keçiriblər,məqsəd digər ölkələrdəki təcrübəni rusyada həyata keçirtmək idi,amma nə rus müxalifəti nədə rus xalqını ayağa qaldıra bilmədi,bir sözlə ərəb baharı baş vermədi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol