Menu

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb - 70 yaşlı şəxs saxlanılıb

29.04.2024, 00:00
Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb - 70 yaşlı şəxs saxlanılıb

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdlü Dadaşov Natiq Hüseyn oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol