Menu

RUSİYADA POLİSLƏ BİR QRUP ŞƏXS ARASINDA ATIŞMA OLUB – 7 nəfər həlak olub (VİDEO)

29.04.2024, 10:51
RUSİYADA POLİSLƏ BİR QRUP ŞƏXS ARASINDA ATIŞMA OLUB – 7 nəfər həlak olub (VİDEO)

Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Mara-Ayağı kəndində polislə bir qrup şəxs arasında silahlı insident baş verib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, aprelin 29-da gecə saatlarında “VAZ-2109” markalı maşınla hərəkət edən bir qrup şəxs yol polisi bölməsinin qurduğu müvəqqəti postun önündən keçərkən onlara partlayıcı qurğu atıb, sonra isə avtomat silahlardan atəş açıblar. Qeyd olunur ki, polis əməkdaşları cavab atəşi açıb və partlayıcı qurğu hücum edən şəxslərdən birinin üzərində işə düşüb.

Sözügedən qarşıdurma nəticəsində 7 nəfərin həlak olduğu bildirilir. Son məlumata görə, onlardan 2-si polis əməkdaşı, 5- i isə hücumda iştirak edən şəxs olub.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol