Menu

İSA QƏMBƏR DƏ BAŞQANLIĞA NAMİZƏD OLDU - Daha iki namizəd var... (Yenilənib)

29.04.2024, 20:18
İSA QƏMBƏR DƏ BAŞQANLIĞA NAMİZƏD OLDU - Daha iki namizəd var... (Yenilənib)

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Müsavat Partiyasının başqanlığına yenidən namizədliyini irəli sürüb.

"Qaynarinfo"-nun verdiyi məlumata görə, İsa Qəmbər bu dəqiqələrdə qurultayla bağlı Təşkilat Komitəsinə ərizə təqdim edib.

Məlumatı Partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı təsdiqləyib.

Qeyd edək ki, Müsavat Partiyasının sədrlik uğrunda mübarizəsinə iki nəfər - Divan üzvü Osman Kazımov və partiya üzvü Natiq Ulubey namizədliyini irəli sürüb.

***

Bu gün Müsavat Partiyası Divanının və qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclasları keçiriləcək. Toplantılarda mayın 4-də keçiriləcək XI qurultaya hazırlıq məsələləri müzakirə olunacaq.

Partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli “AzPolitika”-ya açıqlamasında bildirib ki, bu gün keçiriləcək iclasda başqanlığa namizədlərin müəyyənləşəcəyi gözlənilir. Onun sözlərİnə görə, hazırda partiya sədri olmaq iddiasını açıqlayan iki şəxs var: tanınmış vəkil, Məclis üzvü Osman Kazımov və partiyanın Səbail rayon təşkilatının fəalı Namiq Uluqbəy.

Qeyd edək ki, Müsavatın keçmiş başqanı İsa Qəmbərin namizəd olacağı barədə yayılan xəbərlər hələ ki, təsdiqini tapmayıb. Onun özü bu barədə “AzPolitika”-nın suallarına konkret cavab verməkdən yayınıb.

Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

İsa bəyə 2024-04-29 19:20:16

Utanmasan oynamağa nə var ki?İsa Müsavatı hamının gözündən saldl,Yalançı müxalifətə çevirdi.İndi nə istəyir?Guya onun Hakimiyyətin adamı olduğunu heç kim bilmir?Ondan müxalifət olmayıb və olmayacaq.Ona götə Müsavat Partiyasına layiqli namizəd taöıb seçmək vacibdir ki, xalqın problemlərin heç olmasa dilə gətirsin.

Mubariz 2024-04-29 17:17:16

Putin-Medvedyev-Putin İsa- Arif -İsa necədə yaraşır Muğana ceyran

Müzəffər 2024-04-29 15:50:29

Müsavatı müxalifət partiyası olmağa imkan verməyən onin başqanları (başda İsa Qənbər olmaqla ) və onun ətrafında toplanan, hökumətdən qrant alanlardr....Bu üzdən müsavatın siması itib, etibarı yox olub.l

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol