Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, bu təyinatadək Ovni Muradov Naxçıvan MR-in təhsil nazirinin müavini vəzifəsini tutub.

Bir müddət təhsil naziri vəzifəsi vakant olduğundan o, həmin vəzifəni də icra edib.

Bundan əvvəl isə O. Muradov Babək Rayon Təhsil Şöbəsinin müdiri olub. İxtisasca tarixçi olan Ovni Muradov həm də keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırkı Dövlət İmtahan Mərkəzi) məktəblilər üçün Tarix testlər toplusunun müəlliflərindən biridir.