Menu

Ukrayna “F-16”-ları necə “gizlədəcək”? - “Yeraltı anqarların hazırlanması böyük vəsaitlər tələb edir”

29.04.2024, 12:41
Ukrayna “F-16”-ları necə “gizlədəcək”? - “Yeraltı anqarların hazırlanması böyük vəsaitlər tələb edir”

Məlum olduğu kimi, Ukraynanın bu il ərzində nəhayət ki, Qərbdən “F-16” qırıcılarını alacağı gözlənilir. Lakin həmin təyyarələrin istifadəsi üçün infrastruktur, həmçinin, onların qorunması üçün müvafiq imkanlar yaradılmalıdır.

“AzPolitika” xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü İlya Yevlaş yerli mətbuata “F-16”-ların istifadəsi üçün görülən infrastruktur işlərindən danışıb:

“Bu qırıcılarla həm hava hücumunu dəf etmək, həm də düşmənə hava zərbələri endirmək üçün kifayət qədər müxtəlif əməliyyatlar həyata keçirə biləcəyik. Yeraltı anqarların, onların saxlanıla biləcəyi bunkerlərin qazılmasına gəldikdə bunlar böyük vəsaitlər tələb edir. “F-16”-ların Ukraynada necə yerləşdirilməsi ilə bağlı artıq bir sıra fikirlər var və işlər aparılır”.

Yevlaş əlavə edib ki, Rusiya tərəfini çaşdırmaq və sözügedən təyyarələri gizlətmək üçün müxtəlif metodlardan istifadə olunacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol