Menu

Avropa bankları Rusiya büdcəsinə 800 milyon avro ödəyib - 3 milyard da qazanıblar...

29.04.2024, 13:00
Avropa bankları Rusiya büdcəsinə 800 milyon avro ödəyib - 3 milyard da qazanıblar...

Rusiyada fəaliyyətini davam etdirən Avropa bankları 2023-cü ilin sonunda onun büdcəsinə 800 milyon avro vergi ödəyib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb. Qəzet hesab edir ki, bu, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəlkindən dörd dəfə çoxdur.

Rusiyadakı aktivlərinə görə Avropanın yeddi ən böyük bankı - “Raiffeisen Bank International” (o, 464 milyon avro vergi ödəyib), “UniCredit”, ING, “Commerzbank”, “Deutsche Bank”, “Intesa Sanpaolo” və OTP - 2023-cü il üçün üç milyard dollardan çox mənfəət əldə etdikləri barədə məlumat veriblər. Bu, 2021-ci illə müqayisədə üç dəfə çoxdur.

FT yazır ki, banklar tərəfindən ödənilən vergilər 2024-cü il üçün Rusiya büdcəsinin gözlənilən bütün qeyri-enerji gəlirlərinin təxminən 0,4%-nə bərabərdir. Qəzet bunu Qərbin sanksiyalarına rəğmən, müharibə zamanı xarici şirkətlərin Kremlə maliyyə sabitliyini qoruyub saxlamasında əməkdaşlığının nümunəsi adlandırır.

Avropa banklarının mənfəətinin artması Rusiyanın müharibə başlayandan sonra tətbiq etdiyi məhdudiyyətlər səbəbindən ölkədən çıxa bilməyən vəsaitlərlə izah olunur.

“Biz Rusiya depozitlərini bankda saxlamaqdan başqa heç nə edə bilmərik, ona görə də faiz dərəcələri artdıqca mənfəətimiz də artıb”, - deyə qəzet Avropa bankının Rusiyadakı flial rəhbərindən sitat gətirib.

“Bundan əlavə, Avropa banklarının gəlirləri Rusiyalı rəqiblərini beynəlxalq Swift ödəniş sisteminə çıxışdan məhrum edən sanksiyalara görə artıb. Bu səbəbdən Rusiyada Qərb bankları daha cəlbedici olub”, - FT yazır.

Tədqiqat metodologiyasına görə, FT hesablamalarına 2023-cü ildə Rusiya büdcəsinə təxminən 60 milyon dollar vergi ödəmiş Amerika bankları “Citigroup” və “JPMorgan” daxil edilməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol