Menu

Türkiyə Mark Ruttenin NATO-nun Baş katibi postuna namizədliyini dəstəkləyəcək

29.04.2024, 14:46
Türkiyə Mark Ruttenin NATO-nun Baş katibi postuna namizədliyini dəstəkləyəcək

Türkiyə NATO-nun növbəti Baş katibi vəzifəsinə Niderlandın Baş naziri Mark Ruttenin namizədliyini dəstəkləyəcək.

APA xəbər verir ki, bu barədə Niderlandın ANP xəbər agentliyi NATO diplomatlarına istinadən məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Yens Stoltenberqin varisi olaraq Rutteyə dəstək ifadə etməyən dörd ölkədən biri idi. ABŞ, Britaniya, Fransa və Almaniya da daxil olmaqla müttəfiqlər artıq Rutteni dəstəklədiklərini bildiriblər.

Xatırladaq ki, Mark Rutte ötən həftə Türkiyəyə səfər edib, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol