Rus ordusu Donetskin Semenovka kəndini işğal edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi bildirir ki, Ukrayna Silahlı Qüvvələri 370-ə qədər hərbçi, iki zirehli transportyor və dörd avtomobil itirib.
Məlumata görə, cəbhənin bu sektorundakı döyüşlər zamanı 155 mm-lik "M777" haubitsa, 152 mm-lik "D-20" silahı, 152 mm-lik "MSTA-B" yedəkli haubitsa, 2 ədəd 122 mm-lik "D-30 haubitsa", 105 mm-lik "M102" yüngül haubitsa, 100 mm-lik tank əleyhinə silah MT-12 "Rapier" vurulub.
"AzPolitika.info"


Şərhlər