“Rusiya öz soydaşlarını müdafiə etməyə qadir olduğunu sübüt edib”.
APA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Şura üzvlərinə illik ənənəvi müraciətində deyib.
Krımın Rusiya üçün xüsusi bəşəri əhəmiyyətə malik olduğunu deyən V. Putin qeyd edib ki, ölkəsi həmişə qardaş Ukrayna xalqına və onun suverenliyinə hörmətlə yanaşacaq.
“Lakin hakimiyyətin güc yolu ilə ələ keçirilməsini, Odessadakı qətlləri dəstəkləmək olmazdı. Hazırda Ukraynanın şərqində baş verənlər Rusiyanın fevral hadisələrini dövlət çevrilişi kimi dəyərləndirməsinin doğru olmasını bir daha sübut edir. Vaxtilə Rusiyanı Yuqoslaviya ssenarisi üzrə parçalamaq istəyirdilər. Xaricdən separatçılığa dəstək mövcud idi”, - deyə o vurğulayıb.


Şərhlər