Menu

ABŞ-da daha bir ağdərili polis bəraət alır, etirazlar başlanır

04.12.2014, 13:49
ABŞ-da daha bir ağdərili polis bəraət alır, etirazlar başlanır

Andlılar Məhkəməsi daha bir ağdərili polisə qaradərili şəxsin ölümündə bəraət verməsi Nyu Yorkda etirazlara gətirib.

Dekabrın 4-də səhərədək davam edən etirazlar əsasən dinc keçib. Ancaq Brooklyn körpüsündə polislə qarşıdurma yaranıb.

Andlılar məhkəməsi polis zabiti Daniel Pantaleo-nun iyulda Nyu Yorkun Staten Island ərazisində ölümünə görə Eric Garner-i müqəssir saymayıb, ona qarşı «əsaslandırılmış ittiham» tapılmayıb.

Bu qərardan bir həftə öncə qaradərili yeniyetmə Michael Brown-un ölümünə dair oxşar qərar çıxarılıb. Polisin bəraət alması Ferqyuson şəhərində etirazlara səbəb olub. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol