Məlum olduğu kimi, NATO-ya üzv 14 ölkənin hərbçiləri alyansın Soyuq müharibədən bəri ən böyük hərbi təlimində iştirak etmək üçün Latviyada toplaşıb.
“AzPolitika” xəbər verir ki, “The Wall Street Journal”-ın yazdığına görə, bu təlimlərdə əsas məqsədlərdən biri Moskvaya alyansın öz üzvlərini, xüsusən də Rusiya ilə sərhədə yaxın ərazilərdə yerləşən üzvlərini müdafiə etməyə hazır olduğuna dair siqnal göndərməkdir. Yazıda qeyd edilir ki, Soyuq müharibədən sonra NATO daxilində ünsiyyət dili, rabitə sistemləri və silahlardakı fərqlər çox az əhəmiyyət kəsb edirdi, çünki onun qoşunları nadir hallarda yan-yana döyüşürdü. İndi koalisiya müharibəsinə hazırlaşmaq NATO-nun prioritetinə çevrilir və qoşunlar döyüş meydanında birgə işləməyi bilməlidir.
Qəzet yazır ki, NATO bir sıra mübahisələrdən “əziyyət çəkir”. Belə ki, liderlər Ukraynanın və üzvlük üçün müraciət edən digər ölkələrin üzvlüyünə icazə verilib-verilməməsi ilə bağlı fikir ayrılığı yaşayır. Həmçinin, Baş katib Stoltenberqi əvəzləmək üçün rəqabət artıq fikir ayrılığına səbəb olub. Eyni zamanda, bir çox NATO ölkələri hələ də vəd edilmiş hərbi büdcə səviyyəsinə çatmaqdan uzaqdır. 2014-cü ildə NATO ölkələri razılaşıblar ki, onların hər biri Ümumi Daxili Məhsulun ildə ən azı 2%-ni müdafiəyə xərcləyəcək: "Alyansdakı ən əsas fərqlərdən biri üzv ölkələrin təhdidlərə baxışındakı qeyri-bərabərlikdir. NATO terroru və Rusiyanı əsas təhdidlər siyahısına salır. Türkiyə və digər Aralıq dənizi ölkələrinin bir çox rəsmiləri regional münaqişələr, qeyri-qanuni miqrasiya və terrorizmdən daha çox narahatdırlar, nəinki Rusiyadan. NATO planlaşdırıcıları hesab edirlər ki, yaxın gələcəkdə Rusiyanın hansısa qonşu NATO üzvü ölkəyə birbaşa müdaxiləsi ehtimalı azdır, baxmayaraq ki, NATO ölkələrinin bəzi hərbi rəsmiləri bu yaxınlarda Moskvanın bir neçə il ərzində hücum etmək üçün kifayət qədər güclü ola biləcəyini söyləyiblər”.
Qəzet yazır ki, onlar Moskvanın on il əvvəl Ukraynanın şərqində etdiyi kimi, yerli rusları ayağa qaldıraraq, gərginlikdən müdaxilə üçün bəhanə kimi istifadə etməklə qonşu ölkələrdə münaqişə yarada biləcəyindən qorxurlar.
Lakin bütün fikir ayrılıqlarına baxmayaraq, NATO 1988-ci ildən bəri ən böyük təlimləri keçirməyi öz üzərinə götürüb. Təlimlər dörd ay davam edəcək və burada 90 minə yaxın hərbi qulluqçu, 1100 döyüş maşını, 80 təyyarə və 50 döyüş gəmisi iştirak edəcək. NATO-nun məqsədi müttəfiqlərini çiyin-çiyinə döyüşməyə hazırlamaqdır.
“AzPolitika.info”


Şərhlər